» » Bakıda ikinci sinif şagirdi əməliyyat zamanı öldü

Bakıda ikinci sinif şagirdi əməliyyat zamanı öldü

Bölmə: Xəbər
Bakıda ikinci sinif şagirdi əməliyyat zamanı öldü
Akademik M.A.Topçubaşov adına Elmi-Cərrahiyə Mərkəzində 8 yaşlı uşaq cərrahiyyə əməliyyatı zamanı ölüb.

Xalqinfo.az-ın Report-a istinadən məlumatına görə, Sumqayıt şəhər sakini, 2009-cu il təvəllüdlü Şölə Sübhan qızı Kərimova böyrək çatışmazlığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Uşaq əməliyyat masasında dünyasını dəyişib.

Yaxınları iddia edib ki, narkoz çox verildiyi üçün uşaq ölüb.

Qeyd edək ki, 2-ci sinifdə oxuyan Ş.Kərimova bir ildən artıqdır böyrək xəstəliyindən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırmalara başlanılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler