» » Seçicilərin 90 faizi Kürdüstanın İraqdan ayrılmasına səs verib

Seçicilərin 90 faizi Kürdüstanın İraqdan ayrılmasına səs verib

Bölmə: Xəbər
Seçicilərin 90 faizi Kürdüstanın İraqdan ayrılmasına səs verib
İraq Kürd Regional Hökumətinin keçirdiyi referendumunda iştirak edənlərin 90 faizi İraqdan ayrılmağa səs verib.

“Xalqinfo” xəbər verir ki, bu barədə “Rudav” telekanalı məlumat yayıb.

Məlumata əsasən, Akridə 99 %, Şaklavada 96%, Xalabcada 95%, Kellare də isə 90 % seçici Kürdüstanın İraqdan ayrılmasını dəstəkləyib.

Daha əvvəl səslərin 80 %-nin (5,2 milyonunun) hesablandığı bildirilib.

Qeyd edək ki, İraq Kürd Regional Hökumətinin birtərəfli qaydada keçirdiyi referendumu İraq hökuməti konstitusiyanın pozulması kimi qiymətləndirib. Parlament və Ali məhkəmə də referenduma qarşı çıxıb.

Dünyanın bir çox ölkələri həmçinin ABŞ, Ərəb Liqası dövlətləri, İraqın qonşuları olan Türkiyə və İran da referendumun keçirilməsini kəskin şəkildə tənqid edib.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler