“Azərsu”ya 3.54 milyon manat ayrıldı - Sərəncam![]() Prezident İlham Əliyev Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində, Abşeron rayonunun Pirəkəşkül və Qobustan kəndlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Davamlı və yüksək iqtisadi artıma və sosial rifaha nail olunması Azərbaycan Respublikasında həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasının başlıca məqsədlərindəndir. Bu məqsədə nail olmaq üçün ölkədə vətəndaşların gündəlik rahat həyatını təmin edə bilən infrastrukturun yaradılması, o cümlədən əhaliyə keyfiyyətli kommunal xidmətlər göstərilməsi kimi başlıca fəaliyyət istiqamətlərində genişmiqyaslı işlər görülür. Həmin tədbirlərin davamı olaraq, Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində diametrləri 110-530 mm, uzunluğu 5,7 km olan paylayıcı su şəbəkəsinin, Abşeron rayonunun Pirəkəşkül kəndində diametri 225 mm, uzunluğu 4,3 km olan magistral su kəmərinin, diametrləri 110-160 mm, uzunluğu 5,7 km olan paylayıcı su şəbəkəsinin, Qobustan kəndində diametri 225 mm, uzunluğu 2,8 km olan magistral su kəmərinin və diametrləri 110-160 mm, uzunluğu 7,1 km olan paylayıcı su şəbəkəsinin tikilməsi zərurəti yaranıb. Sərəncamda qeyd olunur ki, Bakı şəhəri Binəqədi rayonunun 28 May qəsəbəsində, habelə Abşeron rayonunun Pirəkəşkül və Qobustan kəndlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 3,54 milyon manat ayrılsın. Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. |
XƏBƏR LENTİ
27.09.23 13:25 | “Nazir müavini və Ağsunun icra başçısı əlbir olub istirahət mərkəzimizi əlimizdən alır”-Video
21.09.23 13:30 | Paşinyan: Bundan əl çəkməyəcəm, bizə sülh lazımdır!
20.09.23 21:55 | Prezident şəhidlərimizdən danışdı
20.09.23 21:53 | Onlardan ciddi tədbir görülməsi tələb edilib - Prezident
20.09.23 05:32 | Xocavənd "meri" məhv edildi
20.09.23 05:13 | İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təşəkkür etdi
19.09.23 23:41 | Ordumuzun antiterror tədbirinə İrandan reaksiya
19.09.23 23:34 | Ermənilər bu kəndlərimizdən çıxdı - SİYAHI
19.09.23 23:32 | BMT Qarabağa görə TOPLANIR
19.09.23 23:29 | İrəvanda aksiyada polis zorakılığı: yaralılar var
19.09.23 23:27 | Rusiya Ermənistana nota verdi - Təcili
19.09.23 16:41 | Azərbaycan və Türkiyənin müdafiə nazirləri TƏCİLİ DANIŞIQ APARDI
19.09.23 16:38 | Qarabağ türk yurdudur - Bahçelidən Azərbaycana DƏSTƏK
19.09.23 16:36 | İrəvanda əhali hökumət binasının önünə toplaşır – Paşinyanı...
19.09.23 16:34 | Zaxarova erməniləri ələ saldı: “Bəs deyirdiz...”
19.09.23 16:32 | “TikTok”un bağlanması rəsmən təsdiqləndi
19.09.23 16:31 | Müdafiə Nazirliyindən Xankəndi AÇIQLAMASI
19.09.23 16:29 | Qarabağda antiterror əməliyyatı başladı – RƏSMİ AÇIQLAMA
15.09.23 23:45 | Hərbçimiz bədbəxt hadisə nəticəsində həlak OLDU
15.09.23 23:42 | Ukrayna vuracağı hədəfi özü müəyyən edir, biz demirik - ABŞ
15.09.23 15:57 | Ərdoğanın 15 müşaviri istefaya göndərildi
15.09.23 15:53 | Fəridlə bağlı müsbət nəticələr əldə ediləcək – Baş prokuror
15.09.23 15:49 | İlham Əliyev bu iclasın iştirakçılarına müraciət etdi
13.09.23 23:59 | Qəzada həlak olan daha bir hərbçimiz
13.09.23 23:57 | “Bu, əvvəlki dünya nizamının sonudur” Blinken
13.09.23 23:49 | Üç hərbçimiz qəzada həlak oldu
|