» » VƏTƏN SEVGİSİYLƏ YAŞAYAN VƏ YAŞADAN QƏHRƏMAN...

VƏTƏN SEVGİSİYLƏ YAŞAYAN VƏ YAŞADAN QƏHRƏMAN...

Bölmə: Xəbər, DÜNƏNDƏN-BUGÜNƏ
VƏTƏN SEVGİSİYLƏ YAŞAYAN VƏ YAŞADAN QƏHRƏMAN...
VƏTƏN UĞRUNA SAVAŞMAQ NAMİNƏ...
VƏTƏN SEVGİSİYLƏ YAŞAYAN VƏ YAŞADAN QƏHRƏMAN...




Xalqinfo.az xəbər portalı "Atilla" jurnalının baş redaktoru, şairə-jurnalist Gülşən Behbudun Xalq qəhramanı ,İbad Hüseynov haqqında yazdığı yazısını təqdim edir.
şairə-jurnalist Vətən müqəddəsliyi öz millətini, yurdunu, elini, obasını sevən hər bir insan üçün əsas amal və arzudur. Azad olmayan vətəndə azad vətəndaş ola bilməz. Tərəqqinin əsası azadlıqdırsa, bu azadlığın da əsas obyekti vətən torpağı, doğma el-obadır. Lakin azadlıq nə verilmir, nə də satılmır. Onu hər bir xalq, hər bir millət öz qanı bahasına əldə edir. Vətənimiz Azərbaycan da qəhrəmanlar diyarı, cəsurlar məskənidir. Bu torpağın Babək, Cavanşir, Koroğlu, Qaçaq Nəbi kimi qəhrəmanları, Mehdi Hüseynzadə, Gəray Əsədov, Qafur Məmmədov, Həzi Aslanov kimi igid oğulları vardır. Bu igid cəngavərlər vətənin azadlığı, zəhmətkeş xalqın rifahı naminə mübarizə aparmış, öz canlarını bu yolda qurban verməkdən çəkinməmişlər.
Son dövrlərin Qarabağ savaşı göstərdi ki, Azərbaycanın igid və cəsur oğulları, qeyrətli və ismətli qızları yenə də yetərincədir. Həm göz dağımız, həm də fəxarət yerimiz olan Şəhidlər Xiyabanı belə Vətən övladlarını öz ağuşuna almış, ölməzliyə qovuşdurmuş, şəhid ucalığına qaldırmışdır. Azərbaycan Respublikası suverenliyinin və ərazi bütövlüyünün qorunmasında, dinc əhalinin təhlükəsizliyinin təmin edilməsində göstərdiyi şəxsi igidlik və şücaətlərə görə İbad Hüseynov Ulu Öndərimiz Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin diqqətindən kənarda qalmamışdı. 1994-cü il, 09 oktyabr tarixində “Azərbaycan bayrağı” ordeni ilı təltif edilmişdi. Ulu Öndərimiz Heydər Əliyev tərəfindən toy günü şəxsən zəng edilib təbrik olunan və “Xəbərlər” proqramında toy günü rəsmi xəbər kimi elan edilən, xoşbəxt qəhrəmanımız...

YAŞAYAN ŞƏHID VƏ ŞAHID...

Bəzən hekayə kimi görsənən real və qorxunc həyat həqiqətlərini dərk edərkən düşünürsən ki, gör nə qədər yaşayan şəhidlərimiz var. Bəli yaşayan Şəhidlər!
Bu gün hansı diqqət, hansı qayğı, hansı yüksək maddiyyat bu insanların ağrısını- sızıltısını, itirdikləri sağlamlıqlarını qaytara bilər ki?! Başlarında atəş səslərinin əks sədası, yatanda da fikirlərindən çıxarda bilmədikləri, dost, yoldaşlarının parçalanmış meyidləri, kəsilmiş başları onlar üçün qorxunc yuxulara çevrilir.Bu gerçək və amansız həyat yaşamı onların ürəyində buzlaşmış “dağa” çevrilərək hər gün zərrə-zərrə əridir onları.
Bu şəhidlik deyilmi?
Pəhləvan cüssəli, daş ürəkli görsənən amma, gözlərindəki
hiss olunmayan iztirabları, nazilmiş, kövrəkləşmiş ürəkləri, cilovlaya bilmədikləri əsəbləri, rahat həyat yaşmını şüürlu şəkildə qəbul etməmələri, daxili dünyalarındakı özləri üçün düşünərək yaratdıqları laqeydlik Şəhidlik deyilmi!
Xoş dəqiqələrində belə özlərini sanki günahkar sayıb hansısa duyğuların ağuşunda özünə qapanmaq Şəhidlik deyilmi?

Torpağının tozunu, suyunu belə heç nəyə dəyişməyən, əsgərlik xidmətindən belə içindəki özünəməxsus vətən təəssübkeşliyini, sevgisini göstərən anasının ağarmış tək-tük saclarını zarafatyana, dartaraq səni qocalmağa qoymaram deyən, gözlərində gizlətməyə çalışdığı kədəri, həyata, zamanın gərdişinə olan qısqanclığını belə gizlətməyən İbad Hüseynov yaşayan Şəhid deyilmi?
Gözlərinin qabağında neçə-neçə döyüşçü yoldaşlarının həyatla-ölüm arasında çarpışdığı anları, neçə-neçə günahsız insanların ölümünü görmüş, öz adını belə şəhidlərin adı siyahısına yazmış İbad Hüseynov.
Son nəfəsinə qədər döyüşlərin önündə gedən, ölümlə üz-üzə gəlsə də özünü təslim etməyən, mübarizliyini hətta ölümlə də aparmış İbad Hüseynov, illərin vurduğu acılardan, həyatın sərtliklərindən belə sınmadı. Vətən,torpaq itgisindən sonra itirilmiş sağlamlığına baxmayaraq, öz yaşlı ata-anasına “atalıq, analıq” etmək, döyüş yoldaşı olmuş qardaşının ölümünü görmək, torpağa bağlı ana-atasının əziyyətlə qurub-yaratdıqları ev-eşiklərində deyil, şəhərdə canlarını tapşırması İbad üçün şəhidlik deyilmi?
Yəqin Tanrının ona bəxş etdiyi qorxmazlıq,cəsarət,sədaqət, hiss olunmayan kövrəklik əbəs yerə deyilmiş.
İcindəki mərdlik, dönməzlik, kişilik, həqiqətsevərlik görünür Tanrının belə xoşuna gəlib.
Döyüşdə göstərdiyi Qəhrəmanlıq kimi ailədə də göstərdiyi qayğıkeşlik, diqqət itirilmiş sağlamlığına baxmayaraq hər kəsin ümid yerinə çevrilməsi, qeyri-adiliyi, həssaslığı, yüksək intusiyası, möcüzə sayəsində sağ qalması Tanrının İbada olan lütfüdür.
Yaxşı övlad, yaxşı dost, yaxşı qardaş, yaxşı əsgər, yaxşı döyüşçü, yaxşı kəşfiyyatçı və nəhayət üç övlad atası.Taleyinə müharibə, qəhrəmanlıq yazılmasaydı , istənilən sahədə lider olardı. Çünki çeviklik, məqsədyönlülük, əqidə sahibidir İbad Hüseynov. Tanrı da əqidə sahiblərini sevir.
Ölümə gedən yoldan geri dönən, Bakı şəhərində Muğanlı adında “dayanacaq” düşünən yalnız İbad Hüseynov ola bilərdi.
Aylarla xəstəxanalar, həkimlər…. Yaşamağa, qalmağa nəinki ev, sığınacaq üçün heç “dayanacaq”da yox idi… yurdsuz-yuvasız qalan köçkünlər səpələndi bölgələrə…
Dağ havasının, meşə sərinliyinin gözəlliyini əvəzolunmazlığını, aranda kölgə tapmayanda, havasızlıqdan boğulanda daha çox hiss olunur….
Ələxsusda dağlar oğlu , dağlar igidi üçün bu bir dözülməz hal olur. Bu gün yanından bəlkə də gündə neçə dəfə ötüb keçən, yağışdan qorunmaq, günəşdən gizlənmək, küləkdən sığınacaq tapmaq üçün minlərlə insanın istifadə etdiyi və heç maraqlanmadıqları, digər ərazilərdə olan və adiləşən bir dayanacaq kimi istifadə edilən bir dayanacaq Sabunçu rayonu, Bülbülə kəndi ərazisində yerləşdirilib.
Amma çoxları xəbərsizdir ki, bu “dayanacaq” o biri dayanacaqlardan deyil…
Bu dayanacaq ölüm yuxusundan ayılanların, vətən həsrətindən xəstə düşüb dünyasını dəyişənlərin, pəhləvan cüssəli oğlunun ölümünə dözə bilməyib, keyimiş bədənini var gücü ilə döyəcləyərək zamansız dünyasını dəyişən Kifayət ananin, kənd, topraq havasına öyrəşib dünyasını qarmaqarışıq, havasız Bakı şəhərində dəyişən Möhsüm dayının son dayanacağı olub….
Yəqinki İbad üçün Qarabağa sülh, ya da hərb fərqi yoxdur, gedən yol bu dayanacaqdan başlanacaq…
Bu gün Muğanlı adını daşıyan bu dayanacaqda, hələ nə düşündüyü bəlli olmayan, o dayanacağın anlamını hələ tam dərk edə bilməyən Alpay və Atilla görmədiyi nənə-baba həsrətini, yurd yuvasını görmək üçün xəyallar qururlar və qəhrəman atalarının tam anlamadıqları sual dolu baxışlarının cavabını göylərdə axtarırlar…

Tarixdə o insanlar əbədiləşir, adları, əməlləri, tarixi xidmətləri əsrlərdən-əsrlərə, nəsillərdən-nəsillərə keçir ki, onlar həyatları boyu xalqa arxalanır, Vətənə xidmət edir, bütün zəka və qüvvələrini xalq, Vətən yolunda sərf edirlər.
Gözünü zəhmətkeş sadə ailədə açan, vətən torpağının qarını, qışını yay bilib ürəyində əridən, adını bəlkə də özü belə tapa bilmədiyi sevgiylə yaşayan İbad Hüseynov ömürünün uşaqlıq çaglarında atasının “sag əli”, nənəsinin “yıxılı evin dirəyi” adlananda torpağa baglanmışdı. Az yaşıyla ailəsinin kənd həyatlnda lazım olan köməkliklərdə, sosial, məişət sahələrində çanı dildən fədəkarlıq göstərən İbad Hüseynov gələcəkdə də elə xalqımızın “ igid qəhrəmanı” “millətimizin qürur duyduğu” əsgər olmalıydı. Övladlardan seciləni, ailədə zəhmətkeşi, məhəllədə cəsarətlisi, kənddə pəhləvanı, rayonda qəhrəmanı, ölkədə “Azərbaycan Bayragı” ordenli ləqəbini daşımalıydı . Bu onun taleyinə düşən alın yazısı idi. əslində qəhrəmanlığı seçmirlər elə uşaqlıqdan qəhrəmanlığın pillələrini qalxırlar. Bu pillələri sona qədər qalxmaq hər kəsə nəsib olmaz. Amma görünür Tanrı çöx şeyləri bu insanana əsirgəmədiyi kimi bu şansı da onan əsirgəməmişdi.

Elan olunmamış Qarabağ müharibəsi başlanandan səngərlərdən çıxmayan, özünəməxsusluqları ilə dəstədə fərqlənən, çəldliyi və gözüaçıqlıgı ilı kəşfiyyat komandiri olan döyüşçü əsgər İbad Hüseynov Azərbayçan tarixində tarixi hadisələrin şahidinə və iştirakçısına çevrilir.

Bizim qəzetlər 1993-cü il iyunun 12-də Martuni rayonu hərbi qarnizonunun komendantı, Suriya mənşəli, Amerkada anadan olmuş “Avo” ləqəbli Monte Melkonyanın Martuni rayonu ərazisində məhv edildiyini yazırdılar. Göstərirdilər ki, Monte Melkonyan uzun illər ərzində axtarışda olan terrorçu, ASALA terror təşkilatının yaradıcılarından biri olub. Avropada, özəlliklə Fransada bir neçə il ərzində türk diplomatlarına, Türk Kültür Ocaqlarına qarşı həyata keçirilən terror aktlarına birbaşa başçılıq edib. 90-cı ildə İrəvana, oradan da Qarabağa gələrək, Martuni rayonunda erməni hərbi birləşmələrinə başçılıq edib . Bəli Erməni faşistlərinin böyük Ermənistan yaratmaq arzuları İbad Hüseynov qəhrəmanlıgı sayəsində alt-üst edildi. Bu gün Beyləqan , Agşabədi, Kür çayı sahilləri məhz İbad Hüseynov qəhrəmanlıgının sayəsində itirmədik. Bu Azərbaycan tarixinin reallıqlarıdır.
Şərq dünyasında Azərbaycan istər coğrafi ərazisinə, istər təbiətinə, istərsə də təbii sərvətlərinə görə seçilən bir ölkədir. Tanrı xüsusi, seçilən, insanlar da bəxş etmişdir bu torpağa..
Azərbaycan tarixində öz sözünü demiş yazarlarımız, alimlərimiz, filosoflarımız, qəhrəmanlarımız əfsanələşib, dastanlaşıblar. İbad Hüseynov da tarixə öz adını yazan, Azərbaycan gəncliyini ayağa qaldıra biləcək örnək, ordumuz ücün tarix və inkişaf, istər yaxın olsun, istər yad olsun, istər döyüşçü olsun, istər müəllim olsun fərq etməz, kim olur olsun hər kəsin onan nə isə öyrənə biləcək qədər dərin, kəşf olunacaq qədər maraqlı və keşməkeşli ömür yolu yaşamış Azərbaycanın “Ağ tarixində” öz imzası olan kəşfiyyatçı-döyüşçü, “Azərbaycan Bayrağı ” ordenli, Tanrının möcüzəsi sayəsində sağ qalan İbad Hüseynovdur.
Həyatı başdan –başa sirli-möcüzə, təzadlarla dolu nağıllaşan bir ömür yaşayan bu qəhrəman Tanrınının seçilən, sevilən bəndəsidir desək yanılmarıq... Çeviklik, məqsədyönlülük, qeyri-adilik, gözəgörünməzlik, ani vəziyyətlərdə qərar qəbul edib, ideyalar vermək İbad Hüseynovun özünəməxsus özəllikləridir.
Keçmişdə nağıllarımızda vəsf edilən bir qoşunu əvəz edəcək bir qəhrəman haqqında eşitdiklərimiz bizə məğlubedilməz igidin hansı yolla olursa- olsun qalib gəlməsi, xeyirin - şər üzərində qələbəsini biz mentalitet olaraq qanunauyğunluq kimi qəbul etmişik.

Rusiyada hərbi xidmətdə olan zamanlarda vətənində, torpağında baş verən haqsız olaylara öz etiraz səsini qaldıraraq, hərbi xidmətdən imtina edən, özündən də böyük və çoxlarının ata bilməyəcəyi addımlar atan..... Vətəninə dönüb əlinə silah alıb öndə gedən, N saylı hərbi hissələrdə kəşfiyyat komandiri olmuş, və bu hərbi hissələrin bazası əsasında yaranmış 161-ci alayın kəşfiyyat komandiri, görən gözü, çırpan ürəyi, düşünən beyni və "gülləkeçməz", döyüşçüsü kimi göstərdiyi igidliklər dillər əzbəri olur....


“AĞ” TARİXİMİZ...

“...Bir gün yenə kəşfiyyata gedirdik... güclü hazırlığı olan düşmənin lazımı qədər hazırlıqlı olduğunu bilirdik... əməliyyata başladıq ayiq düşmən bizi cavabsız qoymadı... Hər zaman qabaqda ibad özü ğedirdi ki, minaya düşəsi olsa birinci özü düşsün, nə olur birinci ona olsun, düşmənə amansız olsa da, yoldaşlarının ölümünü, yaralanmasını görmək cətin olurdı ona, qəbul edə bilmirdi... həmin döyüşü unutmaq olmur ən azı ona görə ki, həmin döyüşdə üc nəfər dostumuz minaya düşüb parça-parça oldu, biz isə ağır yaralandıq... artıq neçənci düşmən qərargahıydı ki, İbad onu təkbaşına almalı olurdu... Təkbaşına düşmən qərargahında oturub, onlara məxsus silah-sursat hətta yemək ərzaq məhsullarını da gətirib hərbi hissəyə təhvil verirdi...” bu sözləri İbad Hüseynovun döyüş yoldaşı olmuş birinci qrup Qarabag əlili Cəsarat Sadıqov danışırdı.
Belə hadisələri yalnız dönə-dönə hazırlanmış filmlərdə rast gəlmək olardı. Amma o anları, o acıları canlı olaraq yaşayan bu gün nagıllaşan qəhrəman İbad Hüseynov idi.
Əqidəsində geri dönmək anlamı olmayan həyatının ən gözəl qaynar gənclik çağlarını Xocavənd (keçmiş Martuni) rayonunun müdafiəsi uğrunda döyüşlərdə səngərlərdə keçirir...Döyüş qəhrəmanlıqları, igidlikləri Qarabağa, Azərbaycana yayılır. Adına, qorxmazlığına neçə-neçə könüllülər döyüş bölgələrinə üz tutur.... ermənilər İbad Hüseynovun adından belə qorxur, etdiyi uğurlu əməliiyatlardan nə qədər uğursuzluqlara düçar olduqlarını görür və İbad Hüseynovun başına pul qoyurlar...
Alnı açıq, üzü ağ hər bir Azərbaycan əsgərinə örnək və nümunə olan, uğurlu qələbələr əldə edərək döyüş yolu keçmiş İbad Hüseynov ağır yaralanaraq qospitala gətirilir...
Komada yatan, neçə illər xəstəxanalarda zaman itirən, nəhayət öz güc və iradəsi zəminində qoltuq ağacları ilə də olsun ayağa qalxan, İbad Hüseynov yenə Xocavəndə üz tutur və hərbi hissədəkilər onun belə fiziki sağlamliği olmasa da, yanlarında olmasindan, təcrübəsindən, intusiyasından, təklif və məsləhətlərindən yararlanmağa çalışırlar...
Fiziki sağlamlığını itirmiş, rahatlıq nədir bilməyən toyunu “Azərbaycan” adını daşıyan məkanda keçirən, toy günü nişanlısı, əzizləri ilə Şəhidlər Xiyabanını ziyarət edən, ana-ata qarşısında bacardığından da artıq fədakarlıq göstərən əsasını qoyduğu və son nəfəsinə qədər kəşfiyyat komandiri oldugu 161-ci Alayda yaşadıqları ağrı-acıları, ruhları hələ də də narahat qalan şəhidləri unutmamaq xatirinə evinin, maşının nömrəsini belə “161” nömrəsiylə adlandıran, şəhid olmuş dostların, yaxınların, ailələrinə qardaşlıq, dostluq borcu kimi əlindən gələn köməkliklər göstərən vətən, torpaq acısının çırpıntıları ilə yaşayan Ibad Hüseynov Azərbaycan tarixinin bu günkü və gələcək “Ağ tarixi”dir…

VƏTƏNİ VƏTƏNLƏŞDİRƏN İGİD...

Tarix hər zaman bəşəriyyət və cəmiyyətin problemləri həllinin axtarışındadır. Lakin cəmiyyətə aid problemlər konkretləşdirilsə, biz, insanlar, xalqlar və millətlər haqqında “nəyi bilməliyik və nə yazmalıyıq” sualına cavab verə bilmərik.
Tarixin ilk yaradıcıları üçün tarixin tədqiqat obyekti insanların qəhrəmanlığı ilə bağlı xatirələr idi. Çox zaman bu xatirələr müharibə və döyüş meydanları ilə bağlı olurdu. Bu əsərlərdə müəlliflər müharibələr nəticəsində möhkəmlənən, şöhrətlənən, məğlub olan və darmadağın edilən millətlərin təsvirini verirdilər. Bu əsərlərdə xatırlanan xalqların, millətlərin taleyi onları idarə edənlərin ambisiyaları, əhval-ruhiyyələri ilə izah olunurdu.

Xalqımız əsrlər boyu əsarətdə əzilsə də, məğrurluğunu daim saxlamış və bununla da fəxr etmişdir. O, öz igid oğullarının gücü-qüdrəti sayəsində çəkdiyi zülmlərə tab gətirə bilmiş bütövlükdə Azərbaycan olaraq mövcudluğunu saxlaya bilmişdir.
Tarix... hər zaman tarix olaraq qalır... Tariximizin bu günündə, yaxud bu günümüzün tarixi yaddaşında torpaqlarımızın bütövlüyü uğrunda canından keçən və təsadüfün yaşatdığı igidimiz ibad Hüseynovun öz yeri var.
İllərlə keşiyini çəkdiyi,qoruduğu Ana torpağını düşmənlər tərəfindən alındığl zaman özünü torpağın ağuşuna atıb qucaqlayanda, vətən- torpaq sevgisinin gücündən göz yaşlarına saxlaya bilməyən, ömrünü 18 yaşından , hərbi xidmətdə olandan vətən yanğısının, acısının qisasını düşünərək, özünü “robotıaşdıran” , ana, bacı, vətən qeyrətini simvollaşdıran , yalnız igidliyi, qorxmazlığl ilə deyil, xüsusi özəllikləri ilə hər kəsin sevgi və rəğbətini qazanan , tarixin az-az yetişdirdiyi “xüsusi” qeyri-adi insanlardan olan qəhrəman İbad Hüseynov!
Dünyaya gəlişin nə, yaşantın nə, bu günün nə, sabahın nə -deyə düşünməyən , içində dəliqanlılıq, sirrli aləm açılmayan məfhum olaraq qalan, hətta özünün heç zaman düşünmədiyi, ağlına gəlmədiyi acıları və xoşbəxtlikləri yaşayan qəhrəman!
Ölüm meydanında, alovlu müharibə dəhşətlərinin şahidi olan, gözlərinin önündə neçə -neçə insanların son nəfəsini verdiyini görən, neçələrinin parça-parça olduğunu müşahidə edən insan oğlu ürəyində hansı duyğuları yarada bilər,hansı sevinc və xoşbəxtlik haqqında düşünə bilər ki?
Vətən uğruna ölmək nə qədər önəmlidirsə, Vətən uğrunda yaşamaq da bir o qədər önəmlidir.Vətənini sevən hər kəs, Vətəni uğruna savaşmaq üçün ölməmək istər.
Elan edilməmiş 22 illik Qarabağ müharibəsi davam edir. Azərbaycan torpaqlarının ərazi bütövlüyünün parçalanması tarixi varaqladıqca öz əksini tapır. Bu günümüzün sabahı dünənimizə əsaslanır. O üzdən tarixdən dərs almlıyıq. Bəli işğal olunmuş rayonlarımıza 22 ildir anım mərasimləri keçiririk. Bu gündə 22 ildir yüzlərlə şəhid vermiş, yüzlərlə Qarabağ əlili olan, yüzlərlə yaşayan şəhidi olan Xocavəndin alınmasından 22 il ötür.
Bəli, 22 il… Bu gün Xocavənd rayonun 20 min hektar ərazisinin bizdə qalması uğrunda sağlamlığını itirən, keçmiş xüsusi təyinatlı kəşfiyyatçı-döyüşçü, Ulu Öndərimizin dəyər verib qiymətləndirdiyi qəhrəman “Azərbaycan Bayrağı” ordenli İbad Hüseynovu Azərbaycanda və Türk dünysında hər kəs tanıyir və sevir.
“Hərbi xidmətimi müharibəyə hazırlıq kursu sayıram...” deyən
İbad Hüseynov bütün görüşlərdə “Qarabağ problemini yalniz rayonlarin işğal günləri deyil, hər gün xatirlamaq lazimdir” söyləyir. Kitabları həyat hadisələrinin əksi sananlar yanılmırlar. Yazıçılar, şairlər bədii əsərlərinin qəh
rəmanlarını sanki bizim ətrafımızdakı insanların arasından seçərək yaradırlar.Kitablarda, bədii əsərlərdə də olduğu kimi həyatda da müxtəlif xarakterli insanlarla rastlaşırıq. Xalqa, vətənə qəlbən bağlı olan, insanlar gənclərə, yeniyetmələrə örnəkdirlər. Biz zaman-zaman xalqımızın içindən çıxan belə insanlarla fəxr edir, özümüzü onlara bənzətməyə çalışırıq.
Bu gün Azərbaycanın vətənpərvər gəncləriinin bənzəməyə çalışdığı qəhrəmanımız İbad Hüseynov kimdir? sualı qarşısında düşündüm ... və ...
“ Təsadüfün, bir anın deyil, zamanın qəhrəmanı” - Fazil Qəzənfər oğlu, millət vəkili...
“Azərbaycanın qeyri-adi qəhrəmanı” -Aqil Abbas, millət vəkili
“Əfsanəvi qəhrəmanların, qəhrəmanı” Tacəddin Mustafayev sahibkar
“Azərbaycanın qəhrəmanlıq simvolu” - Yaşar Aydəmirov General-leytenant
“Fəxr olunası qəhrəman” -Rövşən Əkbərov General-leytenant
“Üfüqə çatmaqla yetinməyən, üfüqün ötəsini görməyə çəhd göstərən oğul, üfiqügeniş oğul” -Qənirə Paşayeva millət vəkili
“Azərbaycanı böyük bir fəlakətdən qurtaran qəhrəman” -Məhərrəm Cahangirov ehtiyatda olan polkovnik
“Torpaq uğrunda ölən varsa vətəndir deyil, Torpaq uğrunda qəhrəmancasına vuruşaraq yaşayan varsa Vətəndir ” kəlamını dəyişməyə əsas verən qəhrəman - Zahid Oruc millət vəkili
“Azərbaycanın parçalanmasının qarşısını alan qəhrəman” -Ahmet Saniç Qafqaz Universitetinin rektoru
Türkiyə Cümhuriyyətinin cümhurbaşqanı Rəcəp Tayyip Ərdoğan
”Yaşayan şəhid və şahid”

Və bir çox ziyalılarımızın dedikləri fikirlərin cığirinda , 1993-cü illərə döndüm. Elan edilməmiş Qarabağ müharibəsinin ağrı-acılarını yaşamış və bu gün də yaşayan , mayası vətən, torpaq sevgisi ilə yoğrulan qəhrəmanımız İbad Hüseynovun nağıllaşan , əfsanələşən döyüş yolunun bir daha şahidi oldum.
Vətəni vətənləşdirən, bu gün, dünənimiz haqqında fikirləşərkən 22 illik torpaq həsrətinin, ata yurdunun xatirələrini, unudulmayan uşaqlıq illəırinin izlərini, su içdiyi bulaqlarının şırıltısını, yağışını, küləyinin belə həsrətinin tezliklə bitəcəyinə gözləyir. Hər kəs üçün vətən göz açdığı evdən, kənddən, şəhərdən başlayır. Bu gün İbad Hüseynovun göz açdığı Xocavənd rayonunu bizdə qalmağına səbəbkar İbad Hüseynov olmuşdur.
İki illik hərbi xidmətini müharibəyə hazırlıq kursu sayan, könüllü olaraq torpaqlarımızın ərazi bütövlüyünün müdafiəsində xüsusi xidmətlər göstərmiş, adını yaşarkən şəhidlər sırasına yazaraq ölümə belə meydan oxumuşdur.
Zaman yaraları sağaltmır , sadəcə ötüb keçir.
Bu gün Azərbaycan gənci haqlı olaraq İbad Hüseynov olmaq istəyir. İbad Hüseynov bu günün əfsanələşən, nağıllaşan ATİLLASIDIR
Müstəqil yaşamaq,taleyinin sahibi olmaq,öz dövlətini qurmaq hər bir xalqın arzusudur.Azərbaycan xalqı da həmişə bu istəklə yaşamışdır və yaşayır da.
Azərbaycan sənin İbad kimi qəhrəmanların və ona oxşamaq istəyən gələcək nəsillərin var! Necə ki, Mübariz İbrahimov, Ramil Səfərov kimi gənclər İbad Hüseynovu özləri üçün ölməzlik, igidlik örnəyi seçmişlər.
Vətənin fəxr etdiyi qəhrəmanımızın ömrünün odlu-alovlu, daşlı-kəsəkli 44-cü baharıni yaşıyır , əgər ona bahar demək olarsa...

İnsanın bəzən öz niyyətlərinə çatması onun cəsarətindən və risk edə bilməsindən çox asılıdır. Bu baxımdan məqamı yetişəndə cəsarət göstərərək tarixə adlarını əbədi həkk etdirən,
dünyaya mərdlik və qəhrəmanlıq dərsi keçən insanlar unudulmurlar.
1990-cı illərdən 18 yaşından başlayaraq Rusiya əyalətlərindən vətənə sevgisini, Sovet Ordusunun Azərbaycanda törətdiyi 20 Yanvar faciəsinə qarşı özünəməxsus etirazını bildirən İbad Hüseynov vətənpərvərliyi özünü göstərdi. Bu gün İbad Hüseynov qəhrəmanlığı türkəm deyən hər kəsə örnək yeridir..
Elan edilməmiş Qarabağ müharibəsində xüsusi xidmətləri olmuş vətən fədaisi, vətən, torpaq anlamını aşılayan və əks etdirən İbad Hüseynovu əsrimizin Atillası adlandırmaqda xalqımız yanılmır.
Müharibənin əslində hər dəqiqəsi, hər saatı, hər günü bir qəhrəmanlıq, cəsarət, şərəf səhnəsidir. Düzdür Qarabağımızı itirsəkdə, şəhidlər versək də, gələcək nəsillərə bir qəhrəmanlıq, torpaq uğrunda qəhrəmancasına döyüşmək, kişi kimi ölmək və yaşamaq nümunəsi oldu İbad Hüseynov. Bu gün hər bir Azərbaycan gəncində vətənpərvərlik, qəhrəmanlıq, bir İBADSEVƏRLİK vardır.
Üzündən, gözündən məğrurluq yağan və qəhrəmanlıq üçün doğulmuş bu insan Tanrının bəlkə də lütfüdür. Hər kəsi qəhrəmanlığı, qeyri-adiliyi, həssaslığı ilə özünə heyran qoyan bu cəsur kəşfiyyatçı, komandiri olduğu kəşfiyyat diversiyası ilə məşhurlaşmışdı. Hər kəs məhz o komandada olmağa can atar, könüllülərin sayı-hesabı olmazdı. Amma o hər kəsi qəbul etməzdi, bu da onun özəlliyi və intusiyasının təzahürü idi..
Azərbaycanın vətənpərvər gənclərinin oxşamaq istədiyi qəhrəman...
Bu gün odun-alovun içindən çıxan, təsadüfün yaşatdığı xüsusi təyinatlı qəhrəmanımız İbad Hüseynov ömrünün 43-cu baharını geridə qoyur. Bu ömür ona nələri yaşatmadı, nələri yaşatdırmadı.
Heç bahar yaşamadın ... Sənin baharn Qarabağda , Muğanlıda qaldı. Bu gün rahatlıq tapmadığn paytaxtımız sənə Muğanlının bir anında tapdığn rahatlığı vermir. ...
44 -cü baharın mübarək ! Qoy gələn baharların sənə rahatlıq gətirsin, qələbə sevincləri yaşatsın



Gülşən BEHBUD
"Atilla" jurnalının baş redaktoru
şairə-jurnalist





VƏTƏN SEVGİSİYLƏ YAŞAYAN VƏ YAŞADAN QƏHRƏMAN...
VƏTƏN SEVGİSİYLƏ YAŞAYAN VƏ YAŞADAN QƏHRƏMAN...
VƏTƏN SEVGİSİYLƏ YAŞAYAN VƏ YAŞADAN QƏHRƏMAN...
VƏTƏN SEVGİSİYLƏ YAŞAYAN VƏ YAŞADAN QƏHRƏMAN...

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler