» » Əlillər cəmiyyətin diqqət mərkəzində-

Əlillər cəmiyyətin diqqət mərkəzində- Fotolar

Bölmə: Xəbər
Əlillər cəmiyyətin diqqət mərkəzində-
Xalqinfo.az-a daxil olan məlumata görə ,Oktyabrın 14-də Beynəlxalq Mətbuat Mərkəzində fiziki cəhətdən məhdud insanların arasındakı istedadlıların üzə çıxarılması və onların sağlam düşüncəli, qabiliyyətli həmkarlarları, eləcə də ictimaiyyətlə daha sıx təmaslarının qurulması istiqamətində “İstedadlı Əlillər” İctimai Birliyinin xətti ilə icra olunan layihələr həsr edilən mətbuat konfransı keçirildi.
Təşkilatın mətbuat xidmətinin rəhbəri Fuad Rəsul Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olmuş vətən övladları, eləcə də Müstəqil Azərbaycanımızn Memarı ümummilli lider Heydər Əliyev bir dəqiqəlik sükutla yad edildikdən sonra qısa müddət ərzində birlik tərəfindən həyata keçirilən belə layihələrin mahiyyəti və onların nəticələri barədə məlumat verdi.
“İstedadlı Əlillər” İctimai Birliyinin sədri Cavad Qasımov haqqında söz açılan “Əlillərin cəmiyyətə inteqrasiyasına dəstək” layihəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə 4 ay müddətinə həyata keçirildiyini bildirdi: “Biz bu layihə çərçivəsində əlilliyi olan insanların hüquq və təhsil problemlərinin həllinə dəstək, onların istedadlarının üzə çıxarılmasına, gələcək fəaliyyətlərinə stimul ola biləcək tədbirlərə üstünlük veririk. Məhz buna görə həmkarlarımızın və aidiyyatı təşkilatların nümayəndələrinin iştirakı ilə dəyirmi masalar, sərgilər, konsertlər və əlilliyi olan insanlar üçün kompyuter kursları təşkil edirik”.
Birliyin sədri onu da vurğuladı ki, hər kəsin, eləcə də fiziki məhdudiyyətli şəxslərin öz yaradıcı potensiallarını üzə çıxarmaq, bacarıqlarını nümayiş etdirmək üçün dövlət tərəfindən hərtərəfli şərait yaradılıb. Sərgi və konsert proqramı çərçivıəsində Binəqədi rayonunun rəhbərliyi və ictimaiyyəti nümayəndələrinin dəstəyi ilə “İstedadlı Əlillər” İB-nin həyata keçirdiyi “Günəş” layhəsi ilə musiqi qabiliyyəti və rəsm çəkmək istedadlı iyirmi nəfər əlill öz bacarığını nümayiş etdirib.
O da xüsusi olaraq diqqətə çatdırıldı ki, bir illik fəaliyyəti dövründə birlik ətrafına bu kateqoriyadan olan insanları toplamaqla yanaşı, onların sosial vəziyyətinin yaxşılaşdırılması, bacarıqları müqabilindı yerlərdə işlə təmini məsələsini daim diqqət mərkəzində saxlayıb ki, bu işdə Milli Məclisin üzvlərinin də dəstəyini öz üzərində hiss edib.
Adıçəkilən tədbirin keçirilməsində əsas məqsəd isə fiziki məhdudiyyəti olan şəxslərin problemlərinin həllinə köməklik göstərmək, onların parlaq gələcək arzularının reallaşmasında yardımçıya çevrilmək, cəmiyyətin diqqətini bir daha bu məsələyə yönətmək, sosial fəal vətəndaşları fəaliyyətə cəlb etməkdir.
Mətbuat konfransında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının əməkdaşı Gülnarə Hüseynova, “Azərbaycanlılar Beynəlxalq Arenada” jurnalının baş redaktoru Ramilə Eminli, eləcə də QHT təmsilçilərindən Səadət Kərimova, Mehriban Abdullayeva, istedadlı əlillərdən Aybəniz Əliyeva, Fatimə Ələkbərli və digərləri çıxışlarında haqqında söz açılan layihədə qarşıya qoyulan vəzifələrin, sadalanan məqsədlərin həyata keçirilməsində təlimlərin, kursların, seminar və müsabiqələrin, həmçinin istedadlı əlillərin qabiliyyətlərinin üzə çıxarılmasında mühüm rol oynadığını diqqətə çatdırdılar.
Əlillər cəmiyyətin diqqət mərkəzində-
Əlillər cəmiyyətin diqqət mərkəzində-
Əlillər cəmiyyətin diqqət mərkəzində-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler