Taksi sürücüsü turistdə 5 min atdı - BakıdaBölmə: Xəbər
Bakıda taksi sürücüləri ABŞ-dan gələn turistdən böyük qazanc əldə edib. “Xalqinfo” xəbər verir ki, bu barədə “Sputnik Azərbaycan”a hüquq-mühafizə orqanlarından bildirilib. Sabail rayonu 39-cu polis bölməsinə şikayətlə müraciət edən Elizabet Rouz (1970) bildirib ki, Azərbaycana istirahət etmək üçün gəlib və taksi sürücüləri tərəfindən aldadılıb. Rouzun sözlərinə görə, taksi ona həddən artıq yüksək qiymətlərlə xidmət göstərib. 22 iyun tarixində Ramin adlı taksi sürücüsü turisti Bakıda gəzdirmək adı ilə 1380 ABŞ dolları pul alıb. 23 iyun tarixində isə İlqar adlı taksi sürücüsü turistə kömək etməyə təklif edib və öz xidmətləri müqabilində 5 min dollar alıb. Hazırda 39-cu polis bölməsinin əməkdaşları fırıldaqçıları tapmağa çalışır. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|