Milli Qurtuluş GünüBu gün Azərbaycanda Milli Qurtuluş günüdür. “Xalqinfo”nun məlumatına görə, 1991-ci ilin oktyabrında Azərbaycan müstəqillik əldə edib, lakin müstəqilliyin ilk illərində ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üzbəüz qalıb. 1992-ci ildə hakimiyyətdə olan Xalq Cəbhəsi ölkəni idarə etməyi bacarmayıb. Belə vəziyyətdə Naxçıvan Ali Məclisinin sədri olan Heydər Əliyev iyunun 9-da Bakıya dəvət edilib. O, Gəncəyə gedib və apardığı danışıqlar nəticəsində vətəndaş qarşıdurmasının genişlənməsinin qarşısını alıb. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil olub. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|