» » DİM ədliyyə orqanlarına imtahanların nəticələrini açıqlandı

DİM ədliyyə orqanlarına imtahanların nəticələrini açıqlandı

Bölmə: Xəbər
DİM ədliyyə orqanlarına imtahanların nəticələrini açıqlandı
Dövlət İmtahan Mərkəzi (DİM) iyunun 10-da Ədliyyə Nazirliyi ilə birlikdə ədliyyə orqanlarında işləmək istəyən namizədlər üçün test imtahanı keçirib.

DİM-dən Xalqinfo.az-a verilən məlumata görə, 3 saat davam edən imtаhаndа nаmizədlərə 100 suаldаn ibаrət sual kitаbçаsı təqdim оlunub: 80 suаl namizədin hüquq və qanunvericilik sahəsi üzrə biliyini, 20 suаl isə məntiqi nəticə çıxarma qabiliyyətini müəyyən edir.

Namizədlərin normal şəraitdə imtahan vermələri üçün bütün zəruri tədbirlər görülüb və imtahan təlimatda nəzərdə tutulmuş qaydada keçirilib.

İmtahanın nəticələri imtahandan bir neçə saat sonra – saat 15:30-dan etibarən DİM-in internet saytında yerləşdirilib.

İmtahanda iştirak üçün namizədliyi qeydə alınmış 640 nəfərdən 111 nəfəri imtahana gəlməmişdir. 55 və dаhа çох bаl tоplаmış 248 namizəd müsabiqənin ikinci mərhələsinə – söhbətə buraxılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler