Səudiyyənin Bakı səfirliyi “qara siyahı”sını yaydıSəudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreynin milli təhlükəsizlik orqanları Qətərlə bağlı 59 şəxsi və 12 qurumun adını “qara siyahı”ya salıb. Xalqinfo.az-ın məlumatına görə, Teleqraf.com-a Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyindən bildirilib ki, siyahı mütəmadi olaraq yenilənəcək. Bəyanatda vurğulanır ki, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn Krallığı terrorizmlə, onun mənbələrinin qurudulması, ekstremist ideologiyalar, onların təbliğat vasitələri və təşviqi ilə mübarizə, ona son qoyulması üçün birgə iş, cəmiyyəti onlardan qorumaq haqqında öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirir: “Qətər hökumət orqanlarınının dövlətlərin təhlükəsizliyini təhdid edən ünsür və təşkilatlara dəstək və sığınacaq verməməklə bağlı imzaladığı öhdəlik və sazişləri pozmaqda davam etməsi təəssüf doğurur. Qətərin imzaladığı 2013-cü il Riyad Razılaşması, onun icra mexanizmləri, ona olunan 2014-cü il Əlavə Razılaşmasında göstərilənlərə əməl edilməsi ilə bağlı dəfələrlə edilən müraciətlərə məhəl qoymaması nəticəsində belə mənzərənin yarandığı bildirilir. Bu dörd dövlətin milli təhlükəsizliyi qərargahı Qətərdə olan və ya onun tərəfindən dəstəklənən terrorçu şəxs və təşkilatların təxribat hədəfinə çevirib və xaosun yayılmasına səbəb olub. Siyahıya daxil edilənlər Qətərlə bağlıdır və onun şübhəli planlarına xidmət edirlər. Bu, Qətərin ikili siyasətini göstərir. Bu dövlət bir tərəfdən terrorizmlə mübarizə apardığını bəyan edir, digər tərəfdən müxtəlif terror təşkilatlarını maliyyələşdirir, dəstəkləyir və sığınacaq verir”. Qeyd olunub ki, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn terrorla mübarizəni davam etdirəcək, mənbəyindən asılı olmayaraq terrorizmin maliyyələşdirilməsini hədəfə alacaq: “Heç bir dövlət bu cür fəaliyyətlərə qarşı səssiz qalmamalıdır. Bu bəyanatı elan edən dövlətlər terror, ekstremizm, zorakılıqla mübarizə üçün gördükləri tədbirlərə dəstək verən dövlətlərə təşəkkürünü bildirir, dünyaya yayılan və bəşəriyyətə ziyan vuran bu təzahürlərə son qoymaq üçün göstərilən səy və əməkdaşlığın davam etdirilməsində onlara arxalanır”. Səfirlik tərəfindən açıqlanan siyahını təqdim edirik: Fiziki şəxslər: 1. Xəlifə Məhəmməd Türki əs-Subaie - Qətər 2. Əbdülmalik Məhəmməd Yusif əs-Salam - İordaniya 3. Əşrəf Məhəmməd Yusif Osman Abdulsalam - İordaniya 4. İbrahim İsa Al-Haci Məhəmməd əl-Baker - Qətər 5. Əbdüləziz bin Xəlifə əl-Atiya - Qətər 6. Salim Həsən Xəlifə Rəşid əl-Kuvari - Qətər 7. Abdullah Ğanim Müslimə-Xavvar - Qətər 8. Sədbin Səd Məhəmməd əl-Kaabi - Qətər 9. Abdullətif bin Abdullah əl-Kuvari- Qətər 10. Məhəmməd Səid binHəlvan əl-Səqtəri - Qətər 11. Əbdurrəhman bin Amir əl-Nəimi - Qətər 12. Əbdülvahab Məhəmməd Əbdürrahmanəl-Həmiqani - Yəmən 13. Xəlifə bin Məhəmmədər-Rubbən - Qətər 14. Abdullah bin Xalid Al Tani - Qətər 15. Abdürahim Əhmədəl-Haram - Qətər 16. Həccacbin Fəhd Həccac Məhəmməd Əl Əcmi - Küveyt 17. Mübarək MəhəmmədƏcmi - Qətər 18. Cabir bin Nasir əl-Mərri - Qətər 19. Yusif Abdullah Al-Qardavi - Misir 20. Məhəmməd Casiməl-Sulayti - Qətər 21. Əli bin Abdullahəl-Suvaydi - Qətər 22. Haşim Saleh Abdullah əl-Avadi - Qətər 23. Əli Məhəmməd Məhəmməd əs-Səlabi - Liviya 24. ƏbdulhəkimBelhac - Liviya 25. əl-Mehdi Harati - Liviya 26. İsmayıl Məhəmməd Məhəmmədəs-Səlabi- Liviya 27. Sadiq Əbdürrəhman Əli Ğiryani - Liviya 28. Həməd Abdullah Əlfatisəl-Marri - Qətər 29. Məhəmməd Əhməd Şövqi İslambuli - Misir 30. Tariq Əbdülmövcud İbrahim əz-Zumr - Misir 31. Məhəmməd Əbdülmaksud Məhəmməd Afifi - Misir 32. Məhəmmədəl-Səğir Əbdürrəhim Məhəmməd - Misir 33. Vəcdi Əbdulhəmid Məhəmməd Ğanim - Misir 34. Həsən Əhməd Həsən Məhəmməd Duqqiə-Huti–Əmirlik 35. Hakim Əbisanəl-Həmidi əl-Mutayri - Səudiyyə / Küveyt 36. Abdullah Məhəmməd Süleymanəl-Mühaysni - Səudiyyə 37. Həmid Abdullah ƏhmədƏli - Küveyt 38. Əymən Əhməd Əbdülğani Həsəneyn - Misir 39. Asim Əbdülmacid Məhəmməd Madi - Misir 40. YəhyaƏqil Salman Əqil- Misir 41. Məhəmməd Hamada əs-Seyyid İbrahim - Misir 42. Əbdürrəhman Məhəmməd Şükrü Əbdürrəhman- Misir 43. HüseynMəhəmməd Rıza İbrahim Yusif - Misir 44. Əhməd Əbdülhafiz Mahmud Əbdülhüda - Misir 45. Müslüm Fuad Tarfan - Misir 46. Əymən Mahmud Sadiq Rüfət - Misir 47. Məhəmməd Səd Əbdünnəim Əhməd - Misir 48. Məhəmməd Səd Əbdülmüttəlib Əbdühüər-Raziqi - Misir 49. Əhməd Fuad Əhməd Cad Baltacı - Misir 50. Əhməd Rəcəb Rəcəb Süleyman - Misir 51. Kərim Məhəmməd Məhəmməd Əbdüləziz - Misir 52. Əli Zəki Məhəmməd Əli - Misir 53. Naci İbrahim əl-Uzuli - Misir 54. Şahata Fəthi Hafiz Məhəmməd Süleyman- Misir 55. Məhəmməd Məhərrəm Fəhmi Əbu-Zeyd - Misir 56. Amr Əbdünnasir Əbdülhaq Əbdulbari - Misir 57. Əli Həsən İbrahim əz-Zahir - Misir 58. Mürtəza Məcidəs-Sindi - Bəhreyn 59. Əhmədəl-Həsənəd-Dəski - Bəhreyn Təşkilatlar: 1. Qətər Könüllü İş Mərkəzi- Qətər 2. Doha Apple şirkəti (İnternet vətexnoloji dəstək şirkəti) - Qətər 3. Qətər xeyriyyə- Qətər 4. Şeyx Eydal Tani xeyriyyə təşkilatı - Qətər 5. Şeyx Tani bin Abdullah adına humanitar xidmətlər təşkilatı - Qətər 6. Benğazini Müdafiə Rotası - Liviya 7. Əl-Əştər Rotası - Bəhreyn 8. 14 fevral Koalisiyası - Bəhreyn 9. Müqavimət Rotası - Bəhreyn 10. Hizbullah Bəhreyn - Bəhreyn 11. Muxtar Rotası - Bəhreyn 12. Bəhreyn Azadlıq Hərəkatı - Bəhreyn |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|