Ləğv olunmuş dövlət qurumu kreditor və debitorlarına müraciət etdiBölmə: Xəbər
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti debitor və kreditorlara müraciət edib. Xalqinfo.az APA-ya istinadən xəbər verir ki, "Standartlaşdırma, metrologiya, akkreditasiya və patent hüququ obyektlərinin mühafizəsi sahələrində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbidlər haqqında" Azərbaycan prezientinin 10 fevral 2017-ci il tarixli fərmanının 5-ci bəndinə əsasən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidməti ləğv edilib. Ləğv olunan qurum tərəfindən debitor və kreditor borcları yaranan müəssisə və təşkilatlar 6 iyun 2017-ci il tarixdən 15 gün müddətinə Dövlət Xidmətinin Ləğvetmə Komissiyasına müraciət edə bilərlər. Ləğvetmə Komissiyası Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov qardaşları küç. 124 ünvanında yerləşir. Leyla Həsənova |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|