» » Ərdoğanın cangüdənləri ilə ABŞ polisi arasında qarşıdurma

Ərdoğanın cangüdənləri ilə ABŞ polisi arasında qarşıdurma

Bölmə: Xəbər
Ərdoğanın cangüdənləri ilə ABŞ polisi arasında qarşıdurma
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan srağagün BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) toplantısında iştirak etmək üçün Nyu Yorka gedib. Toplantıdan sonra qaldığı hotelə gedən prezident “Expose” adlı qrupun etirazına tuş gəlib.

Publika.az xəbər verir ki, Ərdoğanın cangüdənləri köynəklərinin üzərində “oğru var” yazılmış aksiyaçıları dağıtmağa cəhd ediblər.

Amma cangüdənlər ABŞ-da olduqlarını unudublar. Ərdoğana etiraz edən qrupa cangüdənlər təzyiq göstərməyə başlayan kimi aksiyaçılar hadisə yerində olan polislərdən kömək istəyiblər.

Nəticədə aksiyaçılar hadisə yerinə gələn polislərin köməyi ilə cangüdənlərdən xilas olublar.

Məsələni anlamayan cangüdənlər polisin xəbərdarlığından sonra geri çəkilmək məcburiyyətində qalıblar.

Cangüdənlər geri çəkilən zaman aksiyaçılar “Oğruların başçısının adamlarına baxın. Buranı Türkiyə zənn elədiniz?” deyə qışqırıblar.

Polislər Ərdoğanın cangüdənini yaxalamaq istədi

Ərdoğanın qardaşı oğlu Əli Ərdoğanın da aralarında olduğu cangüdənlərlə aksiyaçılar bir-birinə söz savaşına çıxıb və söyüş söyüblər. Cangüdənləri aksiyaçıların ətrafından uzaqlaşdırmaq istəyən Nyu York polisləri ilə cangüdənlər arasında qısamüddətli mübahisə yaranıb.

Ərdoğanın yaxın cangüdənlərindən birinin Nyu York polisi ilə əl-qolla danışması və baş verənləri videoçəkilişə alan bir amerikalının da qoluna vuraraq kameranı yerə salmasından sonra Nyu York polisi həmin cangüdəni yaxalamaq istəyib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler