» » AP Xarici Əlaqələr Komitəsinin yeni sədri Azərbaycana səfər edəcək

AP Xarici Əlaqələr Komitəsinin yeni sədri Azərbaycana səfər edəcək

Bölmə: Xəbər
AP Xarici Əlaqələr Komitəsinin yeni sədri Azərbaycana səfər edəcək
Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin yeni seçilmiş sədri Devid Makalisterin (David McAllister) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Xalqinfo.az xəbərinə görə, bu barədə APA-ya Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bildirib.

O, səfərin may ayına gözlənildiyini bildirib.

S. Seyidov onun rəhbərlik etdiyi nümayəndə heyətinin bu günlərdə Brüsseldə səfərdə olduğunu xatırladıb, orada vacib, əhəmiyyətli və ikitərəfli əlaqələrin inkişafına xidmət edən görüşlər keçirdiklərini qeyd edib: “Avropa Parlamenti rəsmiləri, o cümlədən Xarici Əlaqələri Komitəsinin rəhbəri Devid Makalisterlə görüşlərimiz oldu, əlaqələrin inkişaf etdirilməsi istiqamətində müzakirələr apardıq. Avropa Parlamenti nümayəndə heyətinin Azərbaycana səfəri zamanı əlaqələrin daha da genişləndirilməsi istiqamətində müzakirələr davam etdiriləcək”.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler