» » Bakı-Sumqayıt yolunda reydlər keçirilir

Bakı-Sumqayıt yolunda reydlər keçirilir

Bölmə: Xəbər, Sosial
Bakı-Sumqayıt yolunda reydlər keçirilir
Bakı-Sumqayıt yolunda qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtobuslara qarşı reydlər başlayıb.

Xalqinfo.az xəbər verir ki, Dövlət Avtomobil Nəqliyyat Xidməti və Dövlət Yol polisi tərəfindən keçirilən reydlər zamanı qayda pozuntuları aşkar edilib.

Sərnişin daşınma ilə məşğul olan mikroavtobuslar saxlanılaraq sərnişin sayı texniki pasportla yoxlanılır. Sənədləri qaydasında olmayan, konstruksiya dəyişikliyi edilən və sərnişindaşıma qaydalarını pozan mikroavtobusların sürücülərinə qarşı sərt cəzalar tətbiq edilir. Həmin nəqliyyat vasitələri xətdən kənarlaşdırlaraq cərimə meydançasına aparılır.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler