» » Ötən gün 87 cinayət faktı qeydə alınıb

Ötən gün 87 cinayət faktı qeydə alınıb

Bölmə: Xəbər, Kriminal
Ötən gün 87 cinayət faktı qeydə alınıb
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində 87 cinayət faktı qeydə alınıb, onların da 32-si “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Xa.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 28 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər tutulub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler