» » “Azəriqaz”dan 5 qızın ölümünə görə açıqlama: “İttiham etməyə hələ tələsməyin”

“Azəriqaz”dan 5 qızın ölümünə görə açıqlama: “İttiham etməyə hələ tələsməyin”

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
“Azəriqaz”dan 5 qızın ölümünə görə açıqlama: “İttiham etməyə hələ tələsməyin”
“Xırdalanda 5 nəfərin vəfat etdiyi hadisənin araşdırması gedir”.

Xalqinfo.az xəbər verir ki, bunu Modern.az-a Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayev deyib. O, hazırda hadisə ilə bağlı danışmağın tez olduğunu bildirib.

“Xırdalan şəhərində 5 qızın vəfat etdiyi hadisə hüquq-mühafizə orqanları tərəfindən araşdırılır. Araşdırmanın yekunlaşandan sonra tələbələrin ölüm səbəbi bilinəcək. Qazın tərkibi ilə bağlı məsələ SOCAR-ın səlahiyyətindədir.

Nazirlər Kabinetinin müvafiq qərarı ilə aidiyyəti qurumlar zamanla mənzillərə baxış keçirirlər”.

İbrahim Kərbalayev deyib ki, hadisənin dəm qazından baş verdiyini bəribaşdan söyləməyə tələsmək lazım deyil.

Martın 15-də Xırdalan şəhəri, 28-ci məhəllə, bina 6, mənzil 4 ünvanında kirayədə yaşayan 5 qızın meyiti tapılıb. Onların dəm qazından boğularaq öldüyü güman olunur.

Məlumata görə, ölənlərdən ikisi tələbə, digərləri isə onların qohumudur.

Onlar Balakən rayon sakinləri - 1974-cü il təvəllüdlü Nübar Fazil qızı Musayeva, 1999-cu il təvəllüdlü Abbasova Mələk Mübariz qızı, 2000-ci il təvəllüdlü Xanlayeva Turanə Vahid qızı, 1999-cu il təvəllüdlü Xanlayeva Lamiyə Vahid qızı və 1993-cü il təvəllüdlü Musayeva Aytən Elçin qızıdır.

Mələk Abbasova və Turanə Xalıyeva Bakı Dövlət İqtisadiyyat və Hümanitar Kollecinin ikinci kurs tələbələridir.

Faktla bağlı araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler