» » İlaxır çərşənbə gününə olan hava proqnozu açıqlanıb

İlaxır çərşənbə gününə olan hava proqnozu açıqlanıb

Bölmə: Xəbər
İlaxır çərşənbə gününə olan hava proqnozu açıqlanıb
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə duman, səhər saatlarında çiskin olacaq. Şimal-şərq küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Xalqinfo.az -a verilən məlumata görə, havanın temperaturu Abşeronda gecə 4-7° isti, gündüz 10-14° isti, Bakıda gecə 4-6° isti, gündüz 11-13° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi norma daxilində 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90%, gündüz 60-70% təşkil edəcək.

Azərbaycanın əksər rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin bəzi cənub və qərb rayonlarında yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-5° isti, gündüz 5-10° isti olacağı gözlənilir.

Leyla Həsənova

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler