» » “O dörd erməni əsgərini öldürdü və daha üçünü yaraladı” Yeniləndi

“O dörd erməni əsgərini öldürdü və daha üçünü yaraladı” Yeniləndi

Bölmə: Xəbər, Sosial, MANŞET
“O dörd erməni əsgərini öldürdü və daha üçünü yaraladı” Yeniləndi
Azərbaycan prezidenti İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Məscidində 29 dekabrda erməni ordusunun diversiya qrupunun təxribatının qarşısının alınması vaxtı şəhid olmuş hərbi qulluqçu Çinqiz Qurbanovun anım mərasimi keçirilib.

Mərasimdə şeyxülislam Allahşükür Paşazadə çıxış edib. Virtualaz.org-un xüsusi müxbiri xəbər verir ki, o öz çıxışında Çingiz Qurbanovu şəhid elan edib və onun üçün belə mərasimdə iştirak etməyin böyük şərəf olduğunu bildirib.

Mərasimdə çıxış edən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev Çinqiz Qurbanovun keçdiyi döyüş yolundan danışıb.

"Bu gün bizim üçün ağır, həm də şərəfli gündür. Biz əsgər Çingiz Qurbanovu itirdik. Amma o, faşistləri məhv edərək həlak oldu. Çingiz Qurbanov dörd erməni əsgərini öldürdü və daha üçünü yaraladı. Çingiz cəmi 20 il yaşadı, amma onun bu ömrü ləyaqətli ömür idi".

Mədət Quliyev Çingiz Qurbanovun valideynlərinə belə ləyaqətli oğul tərbiyə etdiklərinə görə minnətdarlığını bildirib.

"Çingizin fenomeni nədədir? O, ləyaqətli ailədə böyüyüb və onun valideynləri bütün Azərbaycanın fəxr edəcəyi əsl kişi tərbiyə ediblər. Mən bu gün Azərbaycana və Prezidentə sədaqətinə görə Çingizin atasına təşəkkür edirəm. Bəli, ona da, bizim hamınıza olduğu kimi ağırdır, amma onun oğlu faşistləri və işğalçıları məhv edərək öz şəxsi həyatını bizim firavanlığımıza görə qurban verib", - deyə Mədət Quliyev bildirib.

DTX rəisi, həmçinin qeyd edib ki, Azərbaycan böyük tarixi yol keçən müstəqil dövlətdir: "Azərbaycan böyük tarixi yol keçib. Ölkə 1991-ci ildə müstəqillik əldə edib. Amma həqiqi müstəqil dövləti biz ümummilli lider Heydər Əliyevin sayəsində 1993-cü ildə qurduq. Onun həyata keçirdiyi siyasət sayəsində Azərbaycan böyük inkişafı yolu keçdi".

* * * 14:49

Dekabrın 29-da Ermənistan ordusunun diversiya qrupunun təxribatının qarşısını alarkən şəhid olmuş Çingiz Qurbanovun Heydər Məscidində təşkil olunmuş anım mərasimi davam edir.

Xalqinfo.az Virtualaz.orga istinadən xəbər verir ki, mərasimdə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının sədri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, Şeyxülislam Hacı Allahşükür Paşazadə, Müdafiə Nazirliyinin rəhbərliyi, deputatlar, ictimaiyyət nümayəndələri iştirak edirlər.

Mərasimdə çıxış edən Mədət Quliyev bildirib ki, anım mərasimi dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın təşəbbüsü ilə təşkil olunub.

*** 13:40

Bu gün Bakıdakı “Heydər Məscidi”ndə dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən şəhid olan əsgərimiz Çingiz Qurbanovun anım mərasimi keçirilib.

Xalqinfo.az Virtualaz.org-a istinadən xəbər verir ki, dövlət başçısının sərəncamı əsasında Əsir və girov düşmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyası tərəfindən təşkil olunan mərasimdə Milli Məclisin deputatları, hərbi təşkilatların, güc strukturlarının qadın nümayəndələri, şəhidin qohumları, ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Anım mərasimində çıxış edənlər şəhidlərin və onların ailələrinin dövlətimiz tərəfindən böyük qayğı ilə əhatə olunduğunu bildiriblər.

Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olmuş Çingiz Qurbanov şücaət göstərərək şəhidlik zirvəsinə yüksəlib. Ermənilər öz mənfur sifətlərini göstərərək uzun müddət şəhidimizin nəşini qaytarmayıblar. Ali Baş Komandanın səyləri nəticəsində onun nəşi geri qaytarılıb və prezident İlham Əliyevin sərəncamı ilə Çingiz Qurbanova Milli Qəhrəman adı verilib.

Tədbirdə Dövlət Təhlükəsizlik Xudmətinin əməkdaşı Mehparə Fətullayeva çıxış edərək bütün şəhid analarının qarşısında baş əydiyini deyib:

"Çingiz Qurbanov da səbirsizliklə nə vaxt torpaqlarımızın yağı düşməndən xilas ediləcəyini gözləyirdi. Tərtərdə hərbi xidmətə başlayıb, qısa müddətdə əsgər və zabitlərin hörmətini qazanıb. Fədakarlıqla döyüşərək igidliklə şəhidlik zirvəsinə yüksəlib. Prezident İlham Əliyevin böyük səyi nəticəsində şəhidimizin nəşi geri qaytarılıb. Ölkə başçısı şəhidimizin bu fədakarlığını yüksək qiymətləndirib və ona Milli Qəhrəman adı verib. Ölkə başçısı şəhidin atası ilə görüşüb, ona Qızıl ulduz medalını təqdim edib".

O həmçinin qeyd edib ki, bu gün təkcə Çingizin ruhu ilə deyil, bütün Vətən mücahidlərinin ruhu ilə görüşə gəliblər. M. Fətullayeva Çingizi dünyaya gətirən Nailə xanıma, atası Salman bəyə təşəkkür edib, bütün şəhid analarının qarşısında vaş əydiyini deyib.

Tədbirdə iştirak edən Ailə, Qadın və Uşah Hüquqları üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova isə bildirib ki, Azərbaycanın müstəqilliyi uğrunda canını verən hər kəs xalqımız üçün əzizdir.

"Çingiz kimi oğulların hesabına dövlətimiz müstəqildir. Dünyada öz sözünü deyə bilir. Bizim şəhidlərimiz hər birimiz üçün örnəkdir. Belə deyirlər, torpaq uğrunda ölən varsa, vətəndir. Deməli, biz vətənimizi, torpağımızı qorumaq üçün ölməyə hazır olmalıyıq. Vətəni olmayan millət, millət deyil. Biz canlarını qurban vermiş şəhidlərin ruhu qarşısında baş əyirik, həmişə onların valideynlərinin yanındayıq. Onların yeri behiştdir. Allah onlara rəhmət eləsin, Vətən sağ olsun", - deyə S. Qəhrəmanova bildirib.

Şəhidin atası Salman Qurbanov da virtualaz.org-a açıqlamasında bildirib ki, mərasim cənab Prezidentin göstərişi ilə təşkil olunub: “Ölkə başçısına təşəkkür edirəm. Allah bütün şəhidlırimizə rəhmət eləsin, Vətən sağ olsun".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler