» » 28 əsgər xilas edildi

28 əsgər xilas edildi

Bölmə: Xəbər
28 əsgər xilas edildi

İlovayskdakı Ukrayna döyüşçülərinin bir hissəsi "Komsomol" və "Nasqvardi" briqadalarının dəstəyi ilə mühasirədən çıxarılıb.

Bu barədə Ukraynanın daxili işlər naziri Arsen Avakov öz Facebook səhifəsində yazıb. Nazir bildirib ki, artıq "Мirotvoreç" (14), "Хеrson" (3) və "Dnepr" (11) batalyonlarından olan 28 nəfər xilas edilib. Ancaq Çervonopolemdə mühasirəyə alınmış döyüşçülərin hələ hamısı mühasirədən çıxarılmayıb.

Avakov qeyd edib ki, terrorçuluğa qarşı əməliyyatlarda təxminən 100 döyüşçü iştirak edirdi.

Qeyd edək ki, Ukrayna ordusunun bir neçə batalyonu Donetskdə Rusiya hərbçiləri tərəfindən mühasirəyə alınmışdı. Könüllü döyüşçülər və hərbçilərin mühasirədən çıxarılması üçün əməliyyatlar keçirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler