Sumqayıtda reyd - 40 taksi sürücüsünə qarşı protokol tərtib olunduBölmə: Xəbər
Sumqayıt Şəhər Polis İdarəsi Dövlət yol polisi şöbəsi ilə Dövlət avtomobil nəqliyyatı xidmətinin əməkdaşları şəhər ərazisində qanunsuz fəaliyyət göstərən qaydalara əməl etməyən taksi sürücülərinə qarşı reyd keçiriblər. “Xalqinfo” ARB TV-yə istinadən xəbər verir ki, reyd zamanı polisin saxla əmrinə tabe olmayan, nəzərdə tutulmayan yerdərdə avtomobillərini saxlayan, sənədsiz maşın idarə edən, fərqlənmə nişanı olmadan taksi fəaliyyəti ilə məşğul olan, hətta polisin iradları ilə razılaşmıyan sürücülərə rast gəlinib. Ümumilikdə 40-a yaxın sürücü barəsində protokol tərtib edilib. Bu kimi reydlərin mütəmadi olaraq davam etdirilməsi nəzərdə tutulub. BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az Xalqinfo.az saytı ilə əlaqə üçün E-mail: xalqinfo@mail.ru |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|