» » 135 yaşlı “Kaspi”-

135 yaşlı “Kaspi”- Ləman Ələşrəfqızı yazır

Bölmə: Xəbər
135 yaşlı “Kaspi”-

Ləman Ələşrəfqızı

Bu səhər mətbuatda və sosial şəbəkədə gözümə dəyən ilk xəbər “ Kaspi” qəzetinin yubiley xəbəri oldu. 135 yaşlı qocanın ad gününə kiçik bir hədiyyə də məndən olsun deyib bu yazını yazmaq qərarına gəldim.

Təkcə ona görə yox ki, jurnalistəm və mətbuatımızın öncüllərindən olan qəzetdən yazmaq hardasa vəzifə borcumdur. Həm də ona görə yazmaq zərurəti duydum ki, “Kaspi”də bir neçə ay mən də çalışmışam. Necə deyərlər, çörəyini yeyib, suyunu içmişəm..Amma görünür “Kaspi”nin suyu çox dərin olduğundan ora baş vurmaq hər adamın hünəri deyilmiş. Məndə bu qəzetdə üst-üstə bir neçə ay işlədim. Səmimi atmosferi, gözəl kollektivi ilə yadımda qaldı. Səhf etmirəmsə 1999-cu il idi. Onda bu qəzet sələfi “Kaspi”dən əxz etdiklərini həyata keçirtməyə çox iddialı görünürdü. Və zaman keçdikcə sübut elədi ki, ötən əsrin əvvəllərində bu qəzetin səhifələrini bəzəyən nəhəng imzaların ruhunu sevindirən bir mətbu nəşrə çevrilə bilib. O nəhəng imzalar ki, arasında Həsən bəy Zərdabi də vardı, Əlimərdan bəy Topçubaşov da, Sultan Məcid Qənizadə də, başqaları da.

Amma “ Kaspi”ni xüsusilə “Əkinçi” sənədli filmini hazırlayanda kəşf etdim.PA-nın İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində. Deməli, həm də Əkinçi”nin arxivində, “Kaspi”nin arxivində. Heyrətimi gəlib həmkarlarıma belə çatdırmışdım. “İlahi, bir əsr əvvəl biz necə gözəl qəzet çıxartmışıq, necə gözəl reklam mədəniyyətinə sahib olmuşuq! Bunu Kaspini əlinə almayan , arxivdə işləməyən adam bilə bilməz”.İlk dəfə Həsən bəy Zərdabinin, Əlimərdan bəy Topçubaşovun redaktor kimi imzalarına da mən bu arxivdə rast gəldim. Əslində Kaspi Bakı burjuaziyasının qəzeti idi, burjuaziyanın mənafeyini müdafiə etmək üçün yaradılmışdı. Amma öz səhifələrində Zərdabi kimi, Nəriman Nərimanov kimi müəlliflərin publisistik yazılarına da yer veriridi və bu yazılar birmənalı olaraq qəzetin mənafeyinə uyğun gəlmirdi. Deməli,”Kaspi” demokratik dəyərləri hələ bir əsr əvvəl yaşadırdı.

İndi bu qəzeti yaşadanlar da necə nəcib bir missiyanı üzərinə götürdüklərini yaxşı başa düşürlər. Mən jurnalist olaraq qəzetin təsisçisi Sona xanımla həyatda cəmi bir dəfə görüşmüşəm. Amma 20 dəqiqəlik təmasdan sonra o xanımdan yüz ilin dostu kimi ayrılmışam. Qənaətim isə belə olub. 80 ildən sonra “Kaspi”ni bərpa etmək təşəbbüsünü yalnız belə bir mükəmməl qadın irəli sürə bilərdi. Hardasa Hənifə xanım ruhlu, hardasa Zöhrə xanım dəyanətli. Düşünürəm ki, Kaspinin tutduğu yol da “İşığa gedən yol”dur. O yolda hər kəsə uğurlar!


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler