» » Hərdən Qarabağ şikəstəsini oxuyanda sanki Ağdamın küçələrində gəzirəm-

Hərdən Qarabağ şikəstəsini oxuyanda sanki Ağdamın küçələrində gəzirəm- Müsahibə

Bölmə: Xəbər, SÖHBƏT, MANŞET
Hərdən Qarabağ şikəstəsini oxuyanda sanki Ağdamın küçələrində gəzirəm- Biz Muğamsevər xalqıq...
Xalqinfo.az xəbər Portalı olaraq Azərbaycan muğamlarına diqqət çəkdik. Muğamımız 2005-ci ildən dirçəliş dövrünü yaşayır. Muğamlarımızı qoruyub, saxlamaq vətəndaşlıq borcumuzdur. Muğam mədəniyyət tariximizin səlnaməsidir.Gəlin birlikdə Təyyar Bayramovun muğam yaradıcılığına işıq salaq...
Əməkdar artist, Operanın salisti, Şah İsmayıl rolunun mahir ifaçısı, birinci muğam müsabiqəsinin qalibi, istedadlı xanəndə Təyyar Bayramov Xalqinfo.az Xəbər portalına müsahibə verib. Maraqlı müsahibəni sizlərə təqdim edirik.



Bildiyimizə görə əvvəl hüquqi təhsli amışdınız, necə oldu ki, muğam ifaçılığını seçdiniz?
Sənətə gəlişim 2002-ci ildə ustad xanəndəmiz Mənsum İbrahimovla görüşdən sonra başladı. Mənsum müəllimin xeyir duası ilə muğam dərsi almağa başladım. Qabiliyyət imtahanı verərək 2003-cü ildə 2-ci təhsil kimi Asəf Zeynalllı adına Musiqi kollecinə daxil oldum. O, vaxtdan da sənət fəaliyyətim başladı. Asəf Zeynallı adına kollecə 11 gün idi gedirdik. Mənsum müəllim bizi televiziyaya çıxartdı. Bu da sözsüz ki, daha yaxşı oxumağa və öyrənməyə sitimul verdi. Hüquqşünaslıqdan xanəndəliliyə gəlişimlə bağlı deyim ki, bizim sülalədə səsi olanlar çox olub. Mən hüquq təhsili almamışdan öncə səsim var idi. O, zamanlar çox təklif gəlirdi. Biraz başqa xarakterli idim idmanla məşğul olurdum. Mənsum müəllimlə tanışlıqdan sonra sanki xanəndəliyə səfərbər oldum, daha çox bu peşəyə vuruldum.
Hansı xalq mahnısı sizə uğur gətirib?
Bildiyiniz kimi Heydər Əliyev Fondunun dəstəyi ilə 2005-ci ildə muğam müsabiqəsi keçrildi. Muğam müsabiqəsində Şahnaz muğamını ifa etdim deyilənə görə yadda qalan ifa olub. Hara gedirəmsə o, mahnını məndən oxumağımı istiyirlər. Bu ifaya həvəsim “O olmasın, bu olsun “ da xan əminin ifasında çox gözəl səslənmişdi Şahnaz muğamını oxumaq istəyim də elə ondan başladı. Əsasən mahnıda olan sözlər insanların dah çox xoşuna gəldiyi üçün el şənliklərində, tədbirlərdə məndən bu ifanı eşitmək istiyirlər. Mənsuriyyə muğamını istiyənlər də çoxdur. Bir çox mahnılar var ki, onların üzərində işləyirik. Hətta itib- batmış mahnıları tapıb yeni nəfəs verərək ifa edirik. Elə mahnı var üslubuna dəyişiklik edərək misal olaraq deyə bilərəm ki, olan oldu mahnısı var onu məndən çox istiyirlər.
Belə bir məlumat aldıq xalq mahnılarından ibarət yeni bir diskiniz işıq üzü görəcək doğrudurmu?
Belə bir fikrim var. Hələ ki, mahnılar arasında seçimlər edirik. Yəqin ki, burada həm xalq mahnıları, həm də yeni üslubda yazılan mahnılar yer alacaq. Xalq mahnıları bizim milli dəyərimizdir, onları sevə- sevə ifa edirik. Sözsüz ki, yeni nəfisdə yazılan mahnılara da təlabat var. Biz mahnı seçimində zövqü də nəzərə almalıyıq. Əgər zövqə oxşuyan mahnı əldə etsəm həmən kilip çəkdirəcəm.
Təyyar müəllim birinci muğam müsabiqəsindən 9 ilə yaxındır ki, vaxt keçir sizi sevənlərin qarşısında konsert proqramı ilə çıxış etmək fikirinizdə varmı?
Bilirsiz gərək insan reallığı desin. Bu təbii ki, hamı kimi mənim də planım daxilindədir. Biz konsert keçirməsək də televizyalarda mütəmadi canlı ifalar edirik. Nəzərə alsaq ki, konsertdə 500-600 adam bizi izləyəcək, televiziyada milyonlarla insan izləyir. Bir- iki konsert salonu ilə maraqlandım gördüm yerin arendiya xərcləri xərci borcu ödəmir.
Hələ konsertdən xeyir götürən görmədim. Sizcə sənətci konsertdən xeyir götürməlidi?

Bu təbiidir xeyir götürmürsə, ziyanda etməsin. İndi gələcəkdə kimsə hansısa bir sponsor olarsa niyə də etməyim. Ona görə hələ bu barədə konkret bir rəyə gəlməmişəm. Buna baxmayaraq tez-tez qastrol səfərlərinə gedirəm, operada fəaliyyətimi davam etdirirəm, yeni disklər üzərində işləyirəm.
İlk muğam müsabiqəsindən sonra opera səhnəsində Şah İsmayıl obrazını ustalıqla ifa etdiniz bu obraz karyeranıza nə kimi təsir etdi?
Ümumiyyətlə operada çalışmaq,orada salist olmaq həm şərəflidir, həm də məsuliyyətlidir. Ona görə şərəflidir ki, opera səhnəsində bizim ustad sənətkarlarımız vaxtikən bu obrazları ifa ediblər. Məsuliyyətlidir ona görə ki, bu estapeti bizlər, gənc xanəndələr davam etdirir. Ilk dəfə Leyli Məcnun tamaşasında İbn Salam roluna dəvət almışam. Bu rol ilk sınaq rolu idi. 2006-cı ildə Şah İsmayıl rolunda opera səhnəsində faəliyyətə başladım və bu rolda mənə uğur gətirdi. Bu obraz həm səs etibarı ilə, həm xaric görünüş baxımdan da mənə çox uyğun gəldi deyə uğurlu alındı.
Sİz gənc yaşınızda Əməkdar artist adına layiq görüldünüz, yaşlı nəsildən olan həmkarlarızın qısqanclığına səbəb olmadınız?
Bilirsiz o qısqançlıq bütün sahələrdə var. Təbii ki, qısqanclıqlar oldu və belə halın olmasını da təbii qarşılamaq lazımdır. Sənətə gələndə ustad xanəndəmiz Mənsum müllim dedi ki, istəyirsən ki, bu sahədə uğur qazanasan hər deyilənə fikir vermə, başını aşağı sal bütünlüklə sənətinlə məşğul ol. Elə insanlara aqresiya ilə yox,onlara cavabını sənətinlə göstər. Bunu özümə deviz seçmişəm. Fürsətdən istifadə edib cənab Prezidentimiz İlham Əliyevə minnətdarlığımı bildirirəm ki, bu ada laiq gördü. Biz də bir gənc ifaçı kimi bu etimadı doğrultmağa çalışırıq.Bu ad mənə deyil bütün ifaçılara verilən ad kimi qəbul edirəm nəyin ki, belə adlar gənc ifaçılara yaradılan şərait diqqət və qayğı daha da yaxşı oxumağa sitimul verir. Bəzən, o,qısqanclıqla yanaşanın arxivinə baxanda görürsən ki, tarixə düşəcək heç nəyi yoxdur. Qısqanclıqla yanaşanda da gərək haqlı mövqe tutasan. Biz hələ də ustadlardan öyrənirik, nə qədər öyrənsək belə azdır. Bir də görürsən hansısa xanəndənin yaxşı səsi var başı qarşır el şənliklərinə əsas yaradıcılq işləri yaddan çıxır. Hərdən özümü tənqid edirəm ki, az işləyirəm.Ancaq bəzi sənət adamlarının fəaliyyətinə nəzər salanda,görürəm azda olsa yaradıcılığım var. Yaxşı olar ki, sənətdə lazımsız illərlə öyünməkdənsə, konkret işlərdən danışsınlar.

Gənc muğam ifaçıları necə bu ada layiq görüləndə qısqanmadılar?

Yox əksinə onlar sevindilər, onlarla bizim münasibətlər birinci muğam müsabiqəsindən başladı, orada biz doğmalaşdıq. Hətta onlar mənimlə bir böyük qardaş kimi məsləhətləşirlər. Biz bir-birimizin xoş içlərinə sevinən insanlarıq. Hansısa sevinə bilmirsə, paxıllıq edirsə Allah ona şəfa versin! Mənim bir devizim var o, da işləməkdir.
Muğam müsabiqəsindəki qalbiyyətinizdən bu günə qədər etdiyiniz uğurlar sizi qanə edirmi?

Uğur qazanmaq asandır, onu qoruyub saxlamaq çətindir. İlk olaraq ümumrespubilka muğam müsabiqəsində birinci yerə layiq görüldüm, sonra 2009-cu ildə Beynəlxalq muğam müsabiqəsində “Qran Pri”mükafatına layiq görüldüm. Birinci muğam müsabiqəsindən uğur qazandım.Bu qalibiyyət üçün həftələrlə məşqlər edirdik. Müsabiqədə qalibiyyət üzərimə bir məsuliyyət də qoydu. Xalqın və ustadların etimadını doğrultmaq. Hər zaman çalışıram ki, etimadı doğruldum. 2004-ci ildə operada çalışıram, operanın solistiyəm 2005-ci ildən Bakı Hümanitar kollecində müəllim kimi fəaliyyətə başaldım. 2009-cu ildə əmkdar artist fəxri adına layiq görüldüm. Artıq iki ilə yaxındır ki, Milli Konservatoriyada müəllim kimi çalışıram. Eyni Zamanda Asəf Zeynallı adına Musiqiq kollecində dərs deyirəm.Sizi İnandırım ki, bütün bu işləri görmək asan deyil hər biri gərgin zəhmət tələb edir. Çalışıram ki, nə qədər gərgin olsa belə öhdəsindən gəlim. Zəhmət olmasa sənətdə inkişafa nail olmaq olmaz. Ustadlar deyəndə ki, muğam xəzinədir, ucu- bucağı yoxdur. təəcüblü gəlirdi, zaman keçdikcə gördük ki, doğurdanda bu belədir. Öyrəndikcə, öyrənirsən...
Muğam ifa edəndə hansı hislərə qapılırsınız?
Hər bir ifanının özünəməxsus hissi var. Bu hər zaman olmur. Xanəndənin aldığı auraya uyğun formada baş verir o hisslər... Hərdən Qarabağ şikəstəsini oxuyanda sanki Ağdamın küçələrində gəzirəm. Bir məqamı deyim sizə Amerikada və digər xarici ölkələrdə konsert verəndə görürsən oxuduğun muğama o, qədər həvəslə qulaq asırlar, istər-istəməz təsirlənirsən, vətənpərvərlik ruhun artır. Bax budu hiss... bizim musiqimiz, muğamız çox düşündürücü və dərindir.

Qastrol səfərlərində necə olursunuz, yadda qalan qastrol səfəriniz?

2012 ci ildə 9 ölkədə qastrol səfərində olduq. Ondan əvvəl də olmuşam bəzilərini unutmuşam. 2013-cü ildə də olmuşam. Yadda qalan qasrtol səfərlərimdən biri Kuba səfəridir ki, ondan hər zaman danışıram. O, qədər muğamlarımıza həvəslə qulaq asırdılar ki, elə gəlirdi ki, Bakıdasan... Meksikada, Sədüyi Ərəbistanında, Türkiyədə, Norveçdə, İsveçrədə, Fransada çox böyük maraqla qarşılanır Azərbaycan muğamları.

Yay mövsümündə işləyəcəksiz, yoxsa istirahətə gedədəcəksiz?

Səmimi deyim ki, çoxdandır ki, istirahət nədir bilmirəm . Yəqin ki, peşəyə məsuliyyətimdən irəli gəlir. Hal – hazırda xalq və yeni üslubda yazılan mahnılardan ibarət disk üzərində işləyirəm. Sizinlə müsahibədən sonra mahnı ilə əlaqəli studiyaya gedəcəm. Yəqin ki, Gələcəkdə dincəlməyə vaxtımız olacaq. Çalışmaq lazımdır ki, yaradıcılıqla tarixdə qalaq.

Gənclərin Muğama Münasibəti necədir?

Muğam ifaçısından özündən çox şey aslıdır. Pubilkaya uyğun repertuar seçilməlidir ki, gənclərin istəklərinə uyğun olsun. İzləyicilərimizin zövqünə uyğun rəngarəng ifalar etməklə qəlblərə yol tapırıq. Sənətçinin mütləq öz siyasəti olmalıdır. İnsanlar onu sevsinlər,əzizləsinlər. Axır vaxtlar Mərhum sənətkarımız Məmmədbağır Bağırzadənin ifasında səslənmiş “Xatırlayarasan” mahnısını ifa edirəm. İzləyicilər mənim ifamda bunu eşitməkdən məmun olurlar. Elə gənclər var ki, ailəliklə muğama vurğundur, elə ailə var ki, saza vurğundu və s. Mühütün muğama təsiri böyükdür. Kimin ətrafında muğamsevər çoxdursa şübhəsiz ki, o, da muğama meyilli olacaq, həvəslə dinləyəcək. Məsələn Tovuzda, Qazaxda, Gədəbəydə olan insanlar sazlı, sözlü ruhda olurlar. Birmənalı olaraq muğama münasibətin olmasında mühitin təsiri olduqca böyükdür. Bir məsələni bilmək yetər ki. Xalqımız muğamsevər xalqdır...
Təyyar müəllim maraqlı müsahibəyə görə təşəkkürlər.
Zamin Zeynal
Hərdən Qarabağ şikəstəsini oxuyanda sanki Ağdamın küçələrində gəzirəm-
Hərdən Qarabağ şikəstəsini oxuyanda sanki Ağdamın küçələrində gəzirəm-
Hərdən Qarabağ şikəstəsini oxuyanda sanki Ağdamın küçələrində gəzirəm-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler