» » Telefon xuliqanı Poroşenko ilə məzələndi - AUDİO

Telefon xuliqanı Poroşenko ilə məzələndi - AUDİO

Bölmə: Xəbər, Dünya, BLOK XƏBƏR, MANŞET
Telefon xuliqanı Poroşenko ilə məzələndi - AUDİO

Pranker Vovan (Vladimir Kuzneçov) "YouTube" kanalında Ukrayna prezidenti Pyotr Poroşenko ilə 15 dəqiqəlik telefon danışığının səs yazısını paylaşıb.

Xalqİnfo.az AzVision.az-a istinadən xəbər verir ki, Kuzneçov özünü Qırğızıstan prezidenti Almazbek Atambayev kimi təqdim edib. Telefon danışığının təşəbbüskarı “qırğız tərəfi” olub. “Qırğızıstan prezidentinin köməkçisi” Kiyevə, prezident administrasiyasına zəng vurub və deyib ki, prezident Atambayev rəsmi Bişkekin hazırda sədrlik etdiyi MDB-də Ukraynanın mövqeyinin dəstəklənməsi barədə müzakirə aparmaq istəyir.

Köməkçilər telefon rabitəsi yaradıb və beləliklə Poroşenko ona zəng vuranın Atambayev olduğunu zənn edərək ikitərəfli siyasi münasibətlərdən, Krım və Donbasdakı vəziyyətdən, digər məsələlərdən danışmağa başlayıb

Telefon danışığı zamanı “Atambayev” Poroşenkodan ötən ay Berlində “Normand dördlüyü”nün toplantısı zamanı Ukrayna prezidentinin rusiyalı həmkarı Vladimir Putinlə sərt tonla danışdığı, səsini qaldırdığı haqda xəbərləri xatırladıb. “Nədir, deyir orada Putinə qışqırmısan, səsini qaldırmısan...”,- deyə, Vovan soruşub.

Poroşenko isə buna cavab olaraq onun uzunmüddətli diplomatik təcrübəsi olduğunu və belə vəziyyətlərdə özünü necə aparmağı bildiyini vurğulayıb. Ukrayna prezidenti deyib ki, Putinlə söhbəti gərgin olub, ancaq qışqırmaq, səsini qaldırmaq olmayıb.



Qeyd edək ki, sözü gedən danışıq noyabrın 2-i baş tutub.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler