"Brilliant Dadaşova ilə barışığa əl atmadım"Bölmə: Xəbər
Xalq artisti Nisə Qasımova 7 ildir küsülü olduğu Brilliant Dadaşovaya barışıq addımı atması ilə bağlı xəbərə münasibət bildirib. Xalqİnfo.az bildirir ki, Axşam.az-ın məlumatına görə, müğənni yanlışlıq olduğunu, heç bir barışıq addımı atmadığını deyib. O bildirib ki, qarşı tərəf barışıq addımı atsa, geri çevirməyəcək: “Məndən soruşdular ki, "Brilliant Dadaşova gəlib barışmaq istəsə, “salam” versə, necə reaksiya göstərərsiniz?”. Barışıq təşəbbüsü irəli sürməmişəm, bu cür qələmə verilməyim. Yalandan uydurulmasın ki, "Nisə xanım barışığa əl atdı". Xeyir, barışığa əl atmadım. Demişəm ki, “salam” versə, qucaqlayaram. Barışmaq üçün cəsarətim var, heç nədən utanmıram. Bu məsələyə kiminsə qarışmasını istəmirəm. Bir nəfərə barışıq jesti etmişəm, bu da Faiq Ağayevdir. O mənim ürəyimdə xüsusi yer tutub”. Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|