» » Laçında Çalaq-

Laçında Çalaq- Dilsuz Musayev

Bölmə: Xəbər, SÖHBƏT
Laçında Çalaq-

( Sənan Və Gülsurənin toy günü münasibətilə)

Dəyərli ziyalı,Yazıçılar Birliyinin üzvü, şair-publisist, Dilsuz Musayev


Laçında Çalaq





İllərin qoynunda yaşa doluruq,
Hərdən kövrəlirik toya,düyünə.
Bəzən biz sevgiylə yaşıd oluruq,
Göylər də şahiddir indi bu günə.

Bu gün məclisimiz toylu,xınalı,
Sənanla Gülsurə bəylik taxtında.
Qohumlar, qardaşlar haylı,haraylı,
Nələr çəkmədilər övlad yolunda.

Bu yolun enişi,yoxuşu olur,
Bu yolda heç zaman büdrəməyin siz.
Bəzən zirvə adlı qorxusu olur,
Zirvədən baş olsun təki eşqiniz.

Bağrı şan-şan olsun qara günlərin,
Çıxsın aydınlığa Laçın düzümüz.
Hər qarış torpağın,hər qarış yerin
Həkk olub köksünə ayaq izimiz.

Yollar yorğunuyuq nə vaxtdan bəri,
Cığırlar bu yolun ilki,əsəli.
Yollar qoşalaşdı yollardan biri,
Sənə qismət etdi belə gözəli.

Cığır qapınıza bir açar oldu,
Dil açdı bir eşqin sevgi dünyası.
Burda bir gözəlin gözləri doldu-
Haqqını halal et, ay qız anası!

Qoşa qanad olun yer üzündə siz,
Sevginiz bulağın qaynar gözüdü.
Günəşdən nur alsın bahar eşqiniz,
Bu da bəxtinizə düşən yazıdı.

Dostlar fərəhlənib coşar bu toyda,
Kimsə bu axarda adını çaşar.
Sizi birləşdirən tale yolunda,
Bir ilıq nəfəsin həsrəti yaşar.

Dünyada ən böyük nəqəratdı o,
Hər an yaxın olar qadir Allaha.
Həyatın içində bir həyatdı o,
Dümduru gözlərlə baxar sabaha.

Oğuıllar böyüdək cəngirlər üstə,
Hələ yaramızın gğzü qan ağlar.
Nələri yaşatdıq gör nələr üstə,
Ağ saçlı bir gözəl sinəmi dağlar.

Bu gün toy günüdür,toyun mübarək!
Bu toyu tezliklə Laçında çalaq.
Bu şirin avazın,ayın mübarək!
Toyunuz olmasın toylara calaq,
Bu toyu tezliklə Laçında çalaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler