» » “BakuBus” avtobusu yolu keçmək istəyən piyadanı vurdu

“BakuBus” avtobusu yolu keçmək istəyən piyadanı vurdu

Bölmə: Xəbər, Kriminal, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
“BakuBus” avtobusu yolu keçmək istəyən piyadanı vurdu
“BakuBus”a məxsus sərnişin avtobusu yolu keçmək istəyən piyadanı vurub.

Xalqİnfo.az xəbər verir ki, “Report”un məlumatına görə, hadisə Səbail rayonu ərazisində, İstiqlaliyyət küçəsində qeydə alınıb.

24 yaşlı Murad Ağalar həmin ərazidə yolun piyadaların keçməsi üçün nəzərdə tutulmayan hissəsindən digər tərəfinə keçmək istəyib. Bu zaman 6 nömrəli xətt üzrə hərəkət edən sərnişin avtobusu onu vurub. Ağır bədən xəsarətləri və kəllə-beyin travması alan M.Ağalar 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib və orada əməliyyat olunub.

Həkimlər onun vəziyyətini orta ağır kimi qiymətləndiriblər.

Faktla bağlı Səbail Rayon Polis İdarəsində (RPİ) araşdırma aparılır.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler