SOCAR-da qəza- işçilərdən biri öldü

Bölmə: Xəbər
SOCAR-da qəza-

İyunun 20-də Kompleks Qazma İşləri Trestinin 1 saylı anbar təsərrüfatı ərazisində avtokran vasitəsi ilə boruların yerdəyişməsi zamanı texniki kəmər açılıb, dağılan borulardan biri takelajçı, 1956-cı il təvəllüdlü Şahacanov Vladimir Fərhad oğlunun kürəyinə düşərək ona xəsarət yetirib.

Virtualaz.org SOCAR-ın saytına istinadən bildirir ki, zərərçəkmiş dərhal təcili yardım maşını ilə Mərkəzi Neftçilər Xəstəxanasına aparılıb, lakin həkimlərin səyinə baxmayaraq V.Şahacanovun həyatını xilas etmək mümkün olmayıb.

Baş vermiş hadisə ilə bağlı müvafiq komissiya yaradılıb.

Komissiyanın yekun rəyi ictimaiyyətə açıqlanacaq.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler