» » Brilliantdan ermənilərin “Mercedes” bağışlaması xəbərinə reaksiya-

Brilliantdan ermənilərin “Mercedes” bağışlaması xəbərinə reaksiya- Fotolar

Bölmə: Xəbər
Brilliantdan ermənilərin “Mercedes” bağışlaması xəbərinə reaksiya-
Xalq artisti Brilliant Dadaşovanın Amerikanın Nyu-York şəhərində Big Apple Music Awards mükafatı ilə təltif olunması və 30 min dollar məbləğində pul və ona son model “Mercedes” markalı avtomobil bağışlanması xəbəri müxtəlif söz-söhbətlərə səbəb olub.


Belə ki, bu gün yayılan xəbərlərdə bildirilib ki, azərbaycanlı müğənni Amerikada ermənilər tərəfindən mükafatlandırılıb.

Bütün bunlarla bağlı müğənninin prodüseri “Qafqazinfo”ya açıqlama verib:

“Brilliant xanım qeyd olunan mükafatlandırma mərasiminə (milliyətcə yəhudi olan) Zarina Yusupovanın dəvəti ilə qatılıb. Layihədə Brilliant xanımla yanaşı, dünyanın müxtəlif yerlərindən tanınmış ulduzlar iştirak edib. Daha sonrakı günlərdə isə bizim diasporumuzun Respublika günü ilə bağlı tədbirlərində iştirak edib və orada da fəxri fərmanla təltif olunub. Onların rəsmi saytlarında da Brilliant xanıma bağışlanan avtomobilin fotosu var və tezliklə hədiyyə Bakıya gətiriləcək. Layihənin 30 nəfərdən çox təşkilat qrupundan 3-nün erməni olması düşünürük ki bu qədər böyüdülməməlidir.

Əksinə, bu bizim üçün yox ermənilər üçün problem ola bilər. Brilliant xanımı isə bu uğurla təbrik etmək lazımdı. Çünki onun sənətinin gücü çoxlarını məftun edir və bu sənətin qarşısında hətta düşmənlər də gücsüz olurlar. Brilliant xanım Nyu Yorkun Master Theatre zalında keçirilən müakafatlandırma mərasimində Azərbaycan bayrağını dalğalandıraraq, elə ermənilərin dəfələrlə oğurladığı "Vokalız" mahnısını ifa edib.

Əgər məsələ hallandırıldığı kimi olsaydı, elə öz müğənnilərini gətirib oxudardılar və bununla da Brilliant Dadaşovanın timsalında Azərbaycan musiqisinin təkrar olunmazlılığını sübutlamazdırlar. Yaziya məhz həmin mükafatlandırma mərasimindən Azərbaycan bayrağı ilə fotoları əlavə edirik ki bizim leyhimizə olan məsələni əleyhimizə istifadə edənlər utansınlar. Tək bu fotolar bəsdir ki, Brilliant sənətinin nə olduğunu və hansı missiyaya xidmət etdiyini gözü kor olanlar anlasınlar”.
Brilliantdan ermənilərin “Mercedes” bağışlaması xəbərinə reaksiya-
Brilliantdan ermənilərin “Mercedes” bağışlaması xəbərinə reaksiya-
Brilliantdan ermənilərin “Mercedes” bağışlaması xəbərinə reaksiya-

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler