» » İlham Əliyev Binəli Yıldırıma zəng vurdu

İlham Əliyev Binəli Yıldırıma zəng vurdu

Bölmə: Xəbər
İlham Əliyev Binəli Yıldırıma zəng vurdu

Mayın 24-də Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin yeni Baş naziri Binəli Yıldırıma telefonla zəng edib.

"Xalqinfo" prezidentin mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı Binəli Yıldırımı hakim Ədalət və İnkişaf Partiyasının sədri vəzifəsinə seçilməsi və Baş nazir təyin olunması münasibətilə təbrik edib, ona dövlətçilik fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Respublikasının Baş naziri Binəli Yıldırım göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Telefon söhbəti zamanı ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə əminlik ifadə olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler