Hava yenidən pisləşir - XəbərdarlıqBölmə: Xəbər
Bakıda və Abşeron yarımadasında martın 15-16-da hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı, bəzi yerlərdə intensiv olacağı gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən “Qafqazinfo”ya daxil olan açıqlamada bildirilir ki, martın 15-də güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək. Martın 14-ü axşamdan 18-dək Azərbaycanın rayonlarında hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı, dağlıq və dağətəyi rayonlarda sulu qara, qara keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv olacağı gözlənilir. Martın 15-də qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclü olacaq. Temperatur tədricən 3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|