“Həkimlər çatana kimi ürəyi dayandı…”Bölmə: Xəbər
![]() Xalq artisti İlhamə Quliyevanın ölümün təfərrüatları məlum olub. “Xalqinfo” xəbər verir ki, köməkçisinin jurnalistlərə verdiyi məlumata görə səhər saatlarında İ. Quliyevanın səhhəti pisləşib. “Dedi ki halım pisdir, ürəyim ağrıyır. Mərkəzi Neftçilər Xəstəxanasının rəhbəri Leyla xanıma zəng vurdum. Həkim dedi ki, istifadə etdiyi dərmandan içsin, tezliklə evinə gələcəklər. Həkimlər çatana kimi ürəyi dayandı. Hazırda onun meyiti yataq otağındadır” Qeyd edək ki, xalq artisitinin ölümünün dəqiq nəticəsi ekspertizadan sonra bilinəcək. |
|