» » Ləğv edilən MTN-in Akademiyası necə fəaliyyət göstərəcək?

Ləğv edilən MTN-in Akademiyası necə fəaliyyət göstərəcək?

Bölmə: Xəbər, SÖHBƏT, MANŞET
Ləğv edilən MTN-in Akademiyası necə fəaliyyət göstərəcək?
Ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının gələcək fəaliyyətinin hansı şəkildə qurulacağı məsələsinə aydınlıq gətirilib.

Trend-in məlumatına görə, Milli Təhlükəsizlik Nazirliyinin əsasında yaradılan Dövlət Təhlükəsizlik Xidmətinin nümayəndəsi Arif Babayev ANS TV-yə müsahibəsində bildirib ki, bundan sonra Akademiya Azərbaycan Dövlət Təhlükəsizlik Xidmətinin Heydər Əliyev adına Akademiyası kimi öz fəaliyyətini davam etdirəcək.

Onun sözlərinə görə, sadəcə, Akademiyanın indiki fomatda deyil, daha mütərəqqi, müasir tədris, təlim aspektlərini nəzərə alaraq öz fəaliyyətini daha da təkmilləşdirməsi prioritet kimi qarşıya vəzifə qoyulub: "Akademiyada mövcud olan kafedraların sayının azaldılması nəzərdə tutulub. Eyni zamanda, Azərbaycan Respublikasının təhlükəsizliyinin təmin olunması və Azərbaycanın təhlükəsizliyinə mümkün təhdidlər nəzərə alınaraq, regional və beynəlxalq təhlükəsizlik arxitekturasında baş verən son yeniliklər, dəyişikliklər hamısı nəzərə alınaraq tədrisdə müvafiq təkmilləşdirmə işləri aparılacaq”.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler