» » Eldar Mahmudov 26 nəfər arasında ikinci yeri tutur

Eldar Mahmudov 26 nəfər arasında ikinci yeri tutur

Bölmə: Xəbər
Eldar Mahmudov 26 nəfər arasında ikinci yeri tutur
Oktyabrın 17-də prezident İlham Əliyev sərəncam imzalayaraq general-polkovnik Eldar Mahmudovu milli təhlükəsizlik naziri postundan çıxarıb. 59 yaşlı Eldar Mahmudov 2004-cü ildən milli təhlükəsizlik naziri idi.

Transparency.az/cnews bildirir ki, Eldar Mahmudov Azərbaycanın xüsusi xidmət orqanlarının tarixində bir nömrəli çekist postunu ən uzun müddətə tutan ikinci şəxsdir. 1919-cu ilin iyun ayında Əksinqilabla Mübarizə Təşkilatı kimi yaradılmış xüsusi xidmət orqanına indiyədək 26 nəfər rəhbərlik edib.

1991-ci ilin dekabr ayından Milli Təhlükəsizlik Nazirliyi adlanan quruma Namiq Abbasov və Eldar Mahmudov uzun müddət rəhbərlik ediblər. Namiq Abbasov 10 ilə yaxın – 1994-cü ilin oktyabrından 2004-cü ilin iyul ayınadək milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. Eldar Mahmudov isə 2004-cü il iyulun 23-dən 2015-ci il oktyabrın 17-dək nazir olub.

Azərbaycanın xüsusi xidmət orqanına 11 il 2 ay 24 gün rəhbərlik etmiş Eldar Mahmudov bu baxımdan yalnız Stepan Yemelyanovdan geri qalır. Stepan Yemelyanov 1939-cu ilin fevralından 1953-cü ilin avqust ayınadək (14 il 6 ay) bir nömrəli çekist postunda çalışıb.

SSRİ dövründə Azərbaycanın xüsusi orqanına rəhbərlik etmiş digər iki rekordçu Vitali Krasilnikov (1969-cu ilin oktyabrından 1980-ci ilin iyun ayına kimi) və Ziya Yusifzadədir (1980-ci ilin iyun ayından 1988-ci ilin avqust ayına kimi).

Bir nömrəli çekist postuna iki dəfə təyin olunan Mircəfər Bağırov xüsusi xidmət orqanına birinci yol 6 il 3 ay (fevral 1921-may 1927), ikinci yol 8 ay (dekabr 1929-avqust 1930) rəhbərlik edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler