» » Hüseyn Bağırov Dövlət Xidməti rəisini işdən qovdu

Hüseyn Bağırov Dövlət Xidməti rəisini işdən qovdu

Bölmə: Xəbər
Hüseyn Bağırov Dövlət Xidməti rəisini işdən qovdu

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Kollegiya iclası keçirilib.

Virtualaz.org nazirliyin saytına istinadən bildirir ki, iclasda dörd məsələ - Ətraf Mühitin Mühafizəsi, Meşələrin İnkişafı, Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı və Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamentləri üzrə 2015-ci ilin ötən müddəti ərzində fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələr müzakirə olunub.

Nazirliyin struktur bölmələrinin və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən kollegiya iclasında nazir Hüseyn Bağırov ekologiya və ətraf mühitin mühafizəsi sahəsində görülmüş işlər, qazanılmış nailiyyətlər və qarşıda duran vəzifələr barədə məlumat verib. Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair son müşavirəsində ölkə başçısının səsləndirdiyi iradların qısa müddətdə aradan qaldırılması, tapşırıq və göstərişlərin yerinə yetirilməsi, neqativ hallara yol verilməməsi üçün zəruri tədbirlərin görülməsi ilə bağlı nazir ciddi tapşırıqlar verib.

Kollegiyada ətraf mühitin mühafizəsi sahəsində bir sıra ərazi idarələrinin fəaliyyətinə irad tutulub, xüsusən sənaye əhəmiyyətli şəhərlərdə yaşıllıqların qorunması və ekoloji mühitin sağlamlaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin istənilən səviyyədə olmadığı bildirilib. Meşə bərpa işlərinin bəzi müəssisələrdə qənaətbəxş olmadığı və həmin müəssisələrin bu istiqamətdəki fəaliyyətində təcili dönüş yaradılması barədə tapşırıqlar verilib. Xüsusi mühafizə olunan ərazilərdə mühafizə rejiminin daha da gücləndirilməsi və gələcək illərdə ölkənin su hövzələrində, xüsusilə Xəzər dənizində bioresursların inkişafını əks etdirən proqnozların daha da təkmilləşdirilməsi ilə bağlı iradlar söylənilib.

Nazir H.Bağırov bir neçə tabeli qurum rəhbərinə irad və xəbərdarlığını bildirib. Ölkə prezidentinin son müşavirədə verdiyi tapşırıqların təcili icrası tapşırıb.

Kollegiya iclasının qərarı ilə işlərində yol verdikləri nöqsanlara görə ərazi ekologiya və təbii sərvətlər şöbələrinin, meşə mühafizəsi və bərpası müəssisələrinin, xüsusi mühafizə olunan təbiət ərazilərinin bir neçə rəhbər işçisinə xəbərdarlıq edilib. Nöqsanlara yol vermiş müəssisə rəhbərlərinin izahatları dinlənilib, qısa müddət ərzində onların aradan qaldırılması üçün departament və onların tabeli qurumlarının rəhbərlərinə konkret tapşırıqlar verilib, bir sıra Ərazi Ekologiya və Təbii Sərvətlər şöbələrinin fəaliyyəti ilə bağlı kompleks araşdırılma aparılması tapşırılıb.Vəzifəsinin icrasında kifayət qədər prinsipiallıq göstərməyən və işində nöqsanlara yol verən Ovçuluq Təsərrüfatlarının İdarə Edilməsi və Ovçuluq Fəaliyyətinə Dövlət Nəzarəti Xidmətinin rəisi tutduğu vəzifədən azad olunub.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler