Beynəlxalq Bank milyardları oliqarxlara müqaviləsiz veribmişBölmə: Xəbər
“Kredit oliqarxlarının” işi barədə daha bir qalmaqallı nüans üzə çıxıb. “Xalqinfo” virtualaz.org saytına istinadən xəbər verir ki, Azərbaycan Beynəlxalq Bankı milyardlarla dollar krediti oliqarxların bir çoxuna onlarla borc müqaviləsi imzalanmadan ayırıb. Saytın yaydığı məlumata görə, hazırda DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin təcridxanasında müstəntiqlər oliqarxları Beynəlxalq Bank qarşısında kredit öhdəliklərinə dair yeni müqavilələr imzalamaq üçün “dilə tutur”. “Kredit oliqarxları”nın işi üzrə vəkillər aydınlaşdırıblar ki, bu işdə adı keçənlərdən yalnız biri - Beynəlxalq Bankın Dubay filialının rəhbəri Adil Hüseynov kredit əvəzində daşınmaz əmlak girov qoyub. Qalanların əksəriyyəti isə milyardlarla dollar krediti heç bir girov qoymadan əldə ediblər. İndi Beynəlxalq Bankın rəhbərliyinin bu “səhvini” müstəntiqlər düzəltməyə çalışır. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|