Müəllimlərin işə qəbulu üzrə müsabiqə davam edirBölmə: Xəbər
Artıq bir həftədir davam edən müsabiqə çərçivəsində 14 fənn üzrə test imtahanı keçirilib. Bu imtahanlarda ümumilikdə 12 076 nəfər iştirak edib. "Qafqazinfo" Təhsil Nazirliyinin saytına istinadən xəbər verir ki, iyulun 27-dən 29-dək isə ibtidai sinif, musiqi, təsviri incəsənət, texnologiya ixtisasları üzrə test imtahanları keçiriləcək. İndiyədək keçirilən imtahanların nəticələrinə əsasən 1 733 nəfər seçdiyi vakant yeri tutmaq hüququ qazanaraq müsabiqənin müsahibə mərhələsinə buraxılıb. Müsahibəyə buraxılanların 186 nəfəri Azərbaycan dili və ədəbiyyat, 138 nəfəri ingilis dili, 39 nəfəri rus dili, 5 nəfəri rus dili və ədəbiyyatı, 9 nəfəri alman dili, 10 nəfəri fransız dili, 145 nəfəri riyaziyyat, 153 nəfəri informatika, 144 nəfəri fizika, 185 nəfəri kimya, 149 nəfəri biologiya, 261 nəfəri coğrafiya, 152 nəfəri tarix, 157 nəfəri fiziki tərbiyə müəllimləridir. Müsahibə mərhələsi test imtahanları başa çatdıqdan sonra - iyulun 30-dan avqustun 3-dək keçiriləcək. Müsabiqənin nəticələrinə əsasən, boş qalan vakant yerlərə avqustun 5-dən sonra əlavə yerləşdirmə həyata keçiriləcək. Əlavə yerləşdirmədə keçid balı toplamış, lakin vakant yer tutmamış namizədlər iştirak edə bilərlər. |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|