» » Türkiyə - Azərbaycan hərbi təlimlərindən möhtəşəm görüntülər -

Türkiyə - Azərbaycan hərbi təlimlərindən möhtəşəm görüntülər - Video

Bölmə: Xəbər, BLOK XƏBƏR
Türkiyə - Azərbaycan hərbi təlimlərindən möhtəşəm görüntülər -
Ermənistan hər dəfə, Azərbaycan üçün əlamətdar olan günlərdə xüsusi ilə cəbhədə təxribat törədir. Ordumuzsa, keçirdiyi təlimlərdə gücünü nümayiş etdirməklə yanaşı, qarşı tərəfi cavab atəşilə susdurmaqda davam edir.


Müdafiə Nazirliyi Azərbaycan-Türkiyə Silahlı Qüvvələrinin döyüş atışlı birgə taktiki təlimlərinin videogörüntüsünü yayıb.

ANS TV-nin məlumatına görə, təlimlərdə 1000 nəfərədək şəxsi heyət, 80-dək zirehli texnika, 60-dan çox artilleriya qurğusu və minaatanlar, hərbi hava qüvvələrinin 12 ədəd döyüş və nəqliyyat helikopteri, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə müasir müdafiə komplekslərilə silahlanmış hava hücumundan müdafiə və zenit-raket bölmələri iştirak edib.

Motoatıcı və tank bölmələri, raket və artilleriya qurğulari, zenit-raket kompleksləri və helikopterlər döyüş atışlı mərmi və raket buraxılışlarını icra ediblər.




Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler