» » Kim Çen Inın qardaşı

Kim Çen Inın qardaşı yoxa çıxıb

Bölmə: Xəbər, Dünya
Kim Çen Inın qardaşıŞimali Koreya prezidenti Kim Çen Inın qardaşı yoxa çıxıb.

Xalqinfo.az-ın məlumatına görə, dövlət başçısının doğma qardaşı məşhur müğənni və bəstəkar Erik Kleptonamın Londondakı konsertindən sonra qeybə çəkilib.

Kim Çen Inın 34 yaşlı qardaşı Kim Çen Çxolya konsertdə olduğu barədə özü məlumat verib. Ancaq sonradan onu tapmaq mümkün olmayıb.

Kim Çen Çxolya London səfərindən sonra Moskvaya getməli, oradan isə Pxenyana uçmalı idi. Hətta ona bu səfərləri üçün öncədən bilet də alınıb. Amma Çxolya təyyarəyə minmədiyi üçün şənbə günü Moskvaya gəlməyib.

Qeyd edək ki, Şimali Koreya prezidenti bir müddət öncə verdiyi qalmaqallı qərarlarla ölkəsində və dünyada böyük səs-küyə səbəb olmuşdu. Ehtimal olunur ki, Kim Çen Çxolya qardaşının anormal qərarlarından sığortalanmaq üçün ölkədən qaçıb.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler