» » Putin özgə torpağını özgəyə verir

Putin özgə torpağını özgəyə verir

Bölmə: Xəbər, BLOK XƏBƏR, MANŞET
Putin özgə torpağını özgəyə verirRusiya tezliklə Ermənistanı Qarabağ məsələsində güzəştə getməyə məcbur edəcək.

Xalqinfo.az-ın məlumatına görə, bu ehtimalı erməni jurnalist Haykazn Qaqriyan bu gün yazdığı məqaləsində bildirib.

Onun fikrincə, İrəvanda “soyqırım” sözünü işlətməsə də, Putinin İrəvan səfərindən sonra Ankara Moskvadan xeyli incik düşüb. Türkiyə Rusiyanın ünvanına kəskin sözlər işlədib. Moskva isə Ankaranı sakitləşdirmək üçün bəyan edib ki, Putinin İrəvan səfəri Rusiya-Türkiyə strateji münasibətlərinə təsir etməməlidir.

“Moskva ərazisinin xeyli hissəsində və qonşu dövlətlərdə yaşayan türk xalqlarını incitmək istəmir”, - deyə Qaqriyan vurğulayır. Jurnalist İrəvanın Moskvanın bu istəyinə necə cavab verəcəyini proqnozlaşdıra bilmir: “Ermənistanın bu təhlükəli trendə necə müqavimət göstərəcəyi aydın deyil”.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler