» » Bakıda möhtəbər konfrans

Bakıda möhtəbər konfrans keçirilir

Bölmə: Xəbər
Bakıda möhtəbər konfrans Aprelin 27-də Bakıda NATO-Azərbaycan Beynəlxalq Məktəbinin (NISA) “Xəzər regionunun geosiyasi icmalı: Azərbaycan üçün yeni rol” mövzusunda konfransı işə başlayıb.

Xalqinfo.az bildirir ki,ANS PRESS-in AzərTAc-a istinadən verdiyi məlumata görə, konfransın məqsədi qabaqcıl tədris metodologiyası vasitəsilə müvafiq mövzular üzrə akademik mühazirələr oxumaq, fikir mübadiləsi aparmaqdan ibarətdir.

Konfransda regionun tarixi və geosiyasi inkişafı, region ölkələrinin mövqeləri və strateji maraqları, böyük dövlətlərin, o cümlədən beynəlxalq və regional təşkilatların apardıqları siyasət və bunun bölgəyə təsiri və s. mövzularla bağlı müzakirələr aparılır.

Xarici İşlər Nazirliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Qaya Məmmədov konfransın açılışında çıxış edərək regionun təhlükəsizliyinin önəmindən danışıb. O bildirib ki, bir sıra uğurlu enerji layihәlәri hәyata keçirən Azərbaycan özünün enerji təhlükəsizliyini təmin etməklə yanaşı, Avropa ölkələrinə də bu istiqamətdə mühüm töhfələr verir.

XİN rəsmisi Xәzәr dənizinin hüquqi statusu ilə bağlı məsələdən də söhbət açıb. O deyib ki, qarşılıqlı anlaşma vә sülh dәnizi olan Xəzər daim geosiyasi vәziyyәti vә tәbii resursları baxımından regiondan kәnar ölkələrin də maraq dairәsindә olub.

Mayın 1-dək davam edəcək konfransda regiondakı geosiyasi, hərbi-siyasi, iqtisadi vəziyyət, Xəzər regionunun enerji aspektləri, Xəzərin hüququ statusu, Azərbaycanın regionun təhlükəsizliyində rolu mövzuları diqqət mərkəzində olacaq.

Tədbirdə Azərbaycan, Almaniya, Bolqarıstan, Gürcüstan, Kanada, İtaliya, Litva, Macarıstan, Qazaxıstan, Pakistan, Polşa, Rusiya, Slovakiya, Türkiyə, Ukrayna və digər ölkələrdən qırx tələbə və gənc alim iştirak edir. Konfrans çərçivəsində keçiriləcək sessiyalarda mövzu ətrafında ixtisaslaşmış və tanınmış yerli və xarici ekspertlər məruzələrlə çıxış edəcəklər.

2003-cü ildən fəaliyyət göstərən NISA beynəlxalq təhlükəsizlik məsələləri üzrə fəal və səmərəli platformadır. 70 ölkədən mindən çox məzunu olan NISA-nın məqsədi Avratlantik məkan və onun hüdudlarından kənarda yerləşən ölkələrin gənc elmi tədqiqatçıları, müstəqil ekspertlər arasında əməkdaşlıq şəbəkəsinin qurulması, təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək təhdidlərin müzakirəsi və onların həlli yollarının araşdırılmasından ibarətdir.

Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler