» » Zəlzələdən azyaşlı azərbaycanlı xəsarət alıb

Zəlzələdən azyaşlı azərbaycanlı xəsarət alıb – XİN

Bölmə: Xəbər
Zəlzələdən azyaşlı azərbaycanlı xəsarət alıb Azərbaycanın Xarici İşlər Nazirliyi Nepalda baş verən zəlzələ nəticəsində xəsarət alanlar arasında azərbaycanlıların olub-olmaması məsələsinə münasibət bildirib.

Xalqinfo.az Publika.az-a istinadən bildirir ki,, Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, XİN-nin təlimatı əsasında Azərbaycan Respublikasının Hindistandakı Səfirliyi Nepalda baş vermiş təbii fəlakət ilə əlaqədar Nepaldakı Azərbaycan vətəndaşları ilə təmasları davam etdirir:

“İlkin məlumata əsasən Nepalda 6-sı uşaq olmaqla, 14 Azərbaycan vətəndaşı arasında zəlzələ nəticəsində ciddi xəsarət halı qeydə alınmayıb. Azyaşlı uşaqlardan biri yüngül sıyrıq xəsarəti alıb və hal-hazırda vəziyyəti yaxşıdır. Akkreditasiya dairəsinə Nepalın da daxil olduğu Azərbaycanın Hindistandakı Səfirliyi vəziyyəti diqqətdə saxlayır".

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler