Şahzadə 100 “Bentley” verəcək

Bölmə: Xəbər, Dünya
 Şahzadə Səudiyyəli milyarder, kral ailəsinin üzvü şahzadə əl-Vəlid bin Talal Yəməndə Husi qiyamçılara qarşı hava hücumlarında iştirak edən pilotlara olduqca bahalı hədiyyə vəd edib.

Publika.az İngiltərənin “Daily Mail” qəzetinə istinadən xəbər verir ki, şahzadə hava hücumlarına qatılan 100 pilotun hər birinə lüks avtomobil verəcəyini söyləyib.

“Əməliyyata qatılan səudiyyəli pilotlara 100 “Bentley” avtomobili hədiyyə etməkdən qürur duyacağam”, - şahzadə “Tvitter” hesabında yazıb. Əl-Vəlid bin Talalın “tvit”i daha sonra sildiyi bildirilir.

Səudiyyə Ərəbistanının qurucusu Əbdüləziz ibn Səudun nəvəsi olan 60 yaşındakı bin Talal dünyanın ən zəngin insanlarından biridir. Sərvəti təxminən 23 milyard dollar olduğu deyilən şahzadənin “Savoy Otel”, “Apple”, “Citigroup” və “News Corp” kimi şirkətlərdə payı var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler