... Azərbaycana gəlir

Bölmə: Xəbər
Bosniya və Herseqovinanın xarici işlər naziri Zlatko Lagumdzija Azərbaycana gələcək.

... Xalqinfo.az bildirir ki,Diasporla İş üzrə Dövlət Komitəsinin Mətbuat xidmətindən islamazeri.az-a verilən məlumata görə, səfərin məqsədi Komitənin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən aprelin 28-29-da keçiriləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir. “Yeni dünya nizamında etimadın yaradılması” mövzusuna həsr olunacaq forumda Zlatko Laqumdzijanın çıxışı planlaşdırılır. Məlumat üçün bildirək ki, 2001-2002-ci illərdə Bosniya və Herseqovinada baş nazir olmuş Zlatko Laqumdjiya yerli Sosial Demokrat Partiyasının sədri, eyni zamanda kompüter elmləri və elektrotexnika sahəsi üzrə akademikdir. Bildirək ki, ölkəmizin ev sahibliyi edəcəyi III Qlobal Açıq Cəmiyyətlər Forumunda 40-dan çox ölkə sabiq və hazırkı prezident, baş nazir və xarici işlər naziri səviyyəsində təmsil olunacaq. Ümumilikdə, 75 ölkədən 350-dək nümayəndənin iştirakının gözlənildiyi forum çərçivəsində yeni dünya nizamının başlıca problemləri, Avropa İttifaqı və qonşuluq, enerji təhlükəsizliyi, etimadın qurulmağında dinlərarası dialoq, sülhün qorunmağında qadınların rolu, təhlükəsizliyin təminatında yerli, milli və regional inteqrasiyanın əhəmiyyəti kimi mövzular barədə müzakirələr aparılacaq.
Mənbə
İslamazeri

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler