» » Azərbaycanda əkin sahəsindən çıxan adamları qorxutdu -

Azərbaycanda əkin sahəsindən çıxan adamları qorxutdu - FOTO

Bölmə: Xəbər
Azərbaycanda əkin sahəsindən çıxan adamları qorxutdu -Beyləqan rayonunun Xaçınabad yaşayış məntəqəsi ərazisində əkin işləri aparılarkən partlamamış hərbi sursat aşkar olunub
ANAMA-nın mətbuat xidmətindən apa-ya verilən məlumata görə, rayon rəhbərliyinin aidiyyəti üzrə müraciətinə əsasən, 15.04.2015-ci il tarixində ANAMA-nın mütəxəssisləri tərəfindən əraziyə baxış keçirilib, aşkarlanan 33 ədəd “PQ-7” tipli idarə olunmayan tank əleyhinə raketin partlatma yolu ilə yerində zərərsizləşdirilməsi planlaşdırılır.

Hazırda ərazidə təmizləmə əməliyyatları icra olunur.

Bundan başqa, Ağstafa rayonu Vurğun qəsəbəsində yerləşən “Limonluq” restoranının yaxınlığında partlamamış hərbi sursat aşkarlanıb. Rayon rəhbərliyinin aidiyyəti üzrə müraciətinə əsasən, 13.04.2015-ci il tarixində ANAMA-nın mütəxəssisləri tərəfindən əraziyə baxış keçirib, aşkarlanan 1 ədəd 130 mm-lik BR-482 model top mərmisi Ağstafa rayonu ərazisində yerləşən Mərkəzi Məhvetmə Ərazisinə daşınaraq, partlayış yolu ilə zərərsizləşdirilib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler