Elmar Vəliyev səfirlə görüşdü - FotoBölmə: Xəbər
Bu gün Çexiyanın fövqəladə və səlahiyyətli səfiri Vitezslav Pivanko Gəncəyə rəsmi səfərə gəlib. qafqazinfo-ya daxil olan məlumata görə, o, Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb. Görüş zamanı İcra Hakimiyyətinin başçısı səfirə Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin sənaye potensialı, qədim və zəngin mədəniyyəti, şəhərdə aparılan abadlıq-quruculuq işləri haqqında ətraflı məlumat verib. Azərbaycan-Çexiya əlaqələrinin gündən-günə möhkəmlənməsinin, dostluq və əməkdaşlıq münasibətlərinin genişləndirilməsinin hər iki ölkəyə layiqli töhvələr verdiyini vurğulayıb. Çexiya səfiri bu görüşdən məmnunluq duyduğunu bildirməklə, Azərbaycan-Çexiya əməkdaşlığının tarixi əhəmiyyətindən, gələcək perspektivlərindən, Gəncə ilə Çexiyanın Olomouç şəhərləri arasında genişlənən işgüzar münasibətlərdən danışıb. Səfir Gəncənin qədim və tarixi abidələri ilə tanış olacaq. O, Nizami Gəncəvi Məqbərəsini ziyarət edəcək, Nizami Muzeyində, Heydər Əliyev Mərkəzində və Park- Kompleksində, Qala qapıları: Arxeologiya və Etnoqrafiya Muzeyində , Məhsəti Gəncəvi Mədəniyyət Mərkəzində olacaq. |
XƏBƏR LENTİ
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|