İsaxanlının qızını döyənə cərimə- 11 min 600Bölmə: Xəbər
5Xəzər Universitetinin rektoru Hamlet İsaxanlının qızını döyən şəxslər cərimə edilib. “qafqazinfo” xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədovun avtosfer.az-a verdiyi məlumata görə, sürücü Elin Məmmədov idarə etdiyi «Bentley» markalı, 90 KU 050 dövlət nömrə nişanlı avtomobillə müxtəlif qayda pozuntuları törətdiyi üçün onun barəsində müvafiq tədbir görülüb. Belə ki, E.Məmmədov barəsində 94 MMX radarı olub. Bununla bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsində hər bir qayda pozuntusu üzrə qərar qəbul edilib. Bunun nəticəsində sürücü Elin Məmmədov 11 min 600 manat cəriməni dövlətə ödəyib. Bundan əlavə, 2014-cü ilin avqust ayında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin qəbul etdiyi qərarla Elin Məmmədovun sürücülük şüququ 6 ay müddətinə məhdudlaşdırılıb: «Bu məlumatları yayarkən dəqiqləşdirmək lazımdır. Yayılan məlumatların heç bir əsası yoxdur. Həmin sürücü nə qədər qayda pozubsa, hamısının cəriməsini ödəyib və sürücülük hüququndan da məhrum edilib». |
XƏBƏR LENTİ
27.04.24 23:15 | İYİ Partiyasının yeni sədri məlum oldu
27.04.24 22:54 | Bu ölkə Ukraynaya daha 100 milyon yardım edəcək
27.04.24 21:53 | Ali Məhkəmənin hakimi intihar etdi
23.04.24 10:06 | General Mirzəyev və 40 məmura sanksiya təklif edilir - Siyahı
20.04.24 05:25 | İlham Əliyev 4 kəndi də qaytardı
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|