» » Qadınlar, sizin üçün!

Qadınlar, sizin üçün!

Bölmə: Xəbər, BLOK XƏBƏR
Qadınlar, sizin üçün!“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin təşkilatçılığı ilə 8 mart qadınlar günü münasibətilə “Qadınlar, sizin üçün” adı altında xeyriyyə konserti keçiriləcək.

Xalqinfo.az-ın məlumatına görə, 7 mart tarixinə planlaşdırılmış xeyriyyə tədbirinə ictimai xadimlər, dövlət qurumlarının nümayəndələri, beynəlxalq təşkilatlar, KİV, iş adamları, QHT və tanınmış müğənnilər öz çıxışları ilə dəstək verəcək.

Tədbirdə sənətçilər Roza Zərgərli, Qurd(reper), Zöhrə Abdullayeva, Rühəngiz Allahverdiyeva, Ramal Rəsul, Şəbnəm Tovuzlu, Cahan qrupu, Səs Qrupu, Çingiz Mustafayev (DJ Çina), Tural&Toğrul qardaşları, Əşrəf Dərya, Asif Məhərrəmov, Ellada, Zeynəb Həsənli və Türkan çıxış edəcək.

Tədbirdən toplanan ianələr DİN-in İnsan Alveri Qurbanlarına Kömək Fonduna köçürülərək, qurbanlarının ehtiyaclarına xərclənəcək.

Qeyd edək ki, sözügedən tədbir Azərbaycan Respublikasının Prezidentinin 24 iyul 2014-cü il tarixli Sərəncamı “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təbliğini nəzərdə tutur.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler