» » Təhsil Nazirliyindən

Təhsil Nazirliyindən xəbərdarlıq

Bölmə: Xəbər
Təhsil Nazirliyindən Qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü münasibətilə Bakının bəzi təhsil müəssisələrində şagirlərdən pul yığılır.

Xalqinfo.az bildiri ki,bu barədə ANS PRESS-in “Qaynar xətti”nə şikayət daxil olub. Daxil olan şikayətlərdən bir neçəsində bildirilir ki, Binqədəi rayonu M.Ə.Rəsulzadə qəsəbəsi, Elman Rüstəmov 24 ünvanında yerləşən 100 saylı tam orta məktəbində 5-ci və 3-cü sinif şagirrdlərindən bayram üçün pul yığılır. Şikayətdə bildirilir ki, uşaqların hər birindən 30 manat pul tələb olunur.

Məsələni araşdırmaq üçün məktəbin direktoru Gülnarə Məmmədova ilə əlaqə saxladıq. Direktorun ANS PRESS-ə verdiyi məlumata görə, bu barədə ona heç bir şikayət daxil olmayıb.

“Mən bu gün elə bu barədə xüsusi göstəriş vermişəm. Bildirmişəm ki, məktəbdə heç kəs bayramla əlaqədar pul yığmasın. İstər 8 mart, istər Yeni il, istər Novruz bayramı olsun, heç kəsdən pul yığılmamalıdır. Kim istəsə müəlliməsini gedib evində təbrik etsin. Bunun məktəbə qarışacağı olmamalıdır. Amma məktəbdə heç kəsdən pul yığılmamalıdır. Mən sabah 5-ci siniflərin hamısına girib, bir-bir uşaqlardan soruşacağam, görüm kim qanun pozub pul yığır. Bu məsələni mütləq araşdıracam”, - deyə Gülnarə Məmmədova bildirib.

Sonda direktor bizdən xahiş etdi ki, bu barədə Təhsil Nazirliyinə bildirməyək. Lakin məsələni araşdırmaq üçün nazirliklə əlaqə saxladıq.

Təhsil Nazirliyindən bildirildi ki, orta məktəblərdə, universitetlərdə, institutlarda, ümumiyyətlə bütün təhsil müəssisələrində qeyri-qanuni vasaitlərin toplanması birmənalı olaraq qadağandır. Şagird və tələbələrdən qanunvericilikdə nəzərdə tutulmayan qaydada vəsait toplanan təhsil müəssisələrinin rəhbərləri barədə ciddi şəkildə ölçü götürüləcək.

Nazirlikdən qeyd edilən şikayətlə bağlı araşdırma aparılacağı da vurğulandı.

Təhsil Nazirliyindən onu da vurğuladılar ki, hər hansı qanun pozuntusu aşkar olunarsa, həmin təhsil müəssisəsi barədə qrumun “146” saylı qaynar xəttinə şikayət edilə bilər. Şikayət olunarkən ad və soyad dəqqi bildirilməlidir. Şikayət edilən məktəbin tam adı, qanun pozuntusu baş verən sinif və ya bölmə haqqında dəqiq informasiya verilməlidir. Pul tələb edən təhsil işçisinin adı və soyadı bildirilməlidir.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler