» » İlk prezident həqiqəti

İlk prezident həqiqəti dedi

Bölmə: Xəbər, Siyasət, Dünya
İlk prezident həqiqəti  Ermənistanın ilk prezidenti, Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyan Ermənistanın siyasətini sərt tənqid edib.

Xalqinfo.az-ın məlumatına görə, o, qondarma erməni soyqırımının tanınmasının Ermənistan üçün problemlər yaradacağını bildirib. "Bu bəyannamə Ermənistanın xarici dünya ilə əlaqələrinə çox pis təsir göstərəcək. Qarabağ münaqişəsinin həllindən tutmuş, Ermənistan-Türkiyə münasibətlərinə qədər bir çox məsələlərdə problemlər yaşayacağıq. Bu bəyannaməyə görə biz nəinki dünya ictimaiyyətində özünə rəğbət yaradacaq, hətta dost ölkələrin yardımından da məhrum olacağıq", - deyə Levon Ter-Petrosyan mitinqdəki çıxışında bildirib.

O həmçinin bir çox erməni siyasətçilərini bu həqiqəti gördükləri halda susmalarına görə qınayıb. Erməni Milli Konqresinin lideri bəzi diaspora nümayəndələrinin onu dəstəklədiklərini də deyib. "Mən bilirəm ki, mənim kimi fikirləşən insanlar çoxdur. Amma məni onların susmağı təəccübləndirir. Erməni diasporunun bəzi nümayəndələri də gizli kanallarla məni dəstəklədiklərini bildiriblər. Lakin məndən adlarını gizli saxlamağı istəyiblər", - deyə Levon Ter-Petrosyan xalqa müraciət edib.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler