» » Siqaretlər köhnə qiymətə

Siqaretlər köhnə qiymətə qayıtdı

Bölmə: Xəbər
Siqaretlər köhnə qiymətə Bu gündən paytaxt sakinləri xoş hadisə ilə qarşılaşıblar.

Xalqinfo.az bildirir ki,bu barədə ANS PRESS-in "qaynar xətti"nə məlumat verilib. Verilən məlumata görə, bir çox dükanarda artıq tütün məmulatları köhnə qiymətinə qayıdıb.

Deyilənləri dəqiqləşdirmək üçün supermarketlər şəbəkələrindən birinin rəhbərliyilə əlaqə saxladıq. Şəbəkənin iunzibatçı direktoru Əfqan Murtuzovun ANS PRESS-ə verdiyi məlumata görə, bu gün səhərdən etibarən siqaretlərin köhnə qiymətlə satılması barədə göstəriş verilib.

"Hazırda siqaret satışını dayandırmışıq. Bir saat ərzində bütün siqaretlərin qiyməti köhnə qiymətə endiriləcək. Bu səbəbdən hələlik satışı dayandırmışıq", - deyə Efqan Murtuzov bildirib.

Qeyd edək ki, manatın dollara nisbətən ucuzlaşmasından sonra anidən siqaretlərin qiymətləri qalxmışdı.
Mənbə
ANS PRESS

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler