» » Cahid İsmayıloğlu Türk Dünyası təşkilatına üzv seçildi

Cahid İsmayıloğlu Türk Dünyası təşkilatına üzv seçildi

Bölmə: Xəbər, Mədəniyyət, BLOK XƏBƏR, MANŞET
Cahid İsmayıloğlu Türk Dünyası təşkilatına üzv seçildiAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunda elmi işçisi Cahid İsmayıloğlu “Türk Dünyası Vətəndaşlığı və Türk Dünyası Eğitimciler Birliği” təşkilatina üzv seçilib.

Xalqinfo.az bildirir ki,C.İsmayıloğlu ANS PRESS-ə deyib ki, əməkdaşlıq çərçivəsində Türk dünyası vətəndaşlığı şüurunun yaradılması istiqamətində, Türk dünyasında təhsil, dil, mədəniyyət, ədəbiyyat, tarix, din, ənənəvi idman, ortaq dəyərlər və sənət mövzulu tədbirlərin, layihələrin birgə həyata keçirilməsi işində ortaqlıq qurulacaq.

Onun sözlərinə görə, “Türk Dünyası Vətəndaşlığı və Türk Dünyası Eğitimciler Birliği” təşkilatı 2014-cü ilin avqust ayında Bişkek şəhərində yaradılıb. Türkiyə Cümhuriyyəti Qaziantep Universitetinin və Qığızıstandakı Türkiyə Manas Universitetinin birgə yaratdıqları təşkilat eyni soydan gələn, eyni mədəniyyətin daşıyıcıları olan, lakin fərqli ölkələrdə yaşayan türk alimlərinin və təhsil işçilərinin qüvvələrini birləşdirmək üçün yaradılmış qurumdur.

Xatırladaq ki, təşkilata Azərbaycandan səkkiz nəfər üzv seçilib. Bakı Dövlət Universitetindən professor Ramiz Əsgər, Naxçıvan Dövlət Universitetindən Əbülfəz Əzimli, digər beş nəfər isə – Folklor İnstitutunun “Xarici əlaqələr bölməsinin müdürü Əli Şamil Hüseyinoğlu, Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı professir Almaz Ülvi Binnətova, Lalə Həsənova həmçinin AMEA-nın digər institutlarından Toğrul Xəlilov, Lütviyyə Əsgərzadə də seçiliblər.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler